AZ

ABŞ Tehran-Moskva yardımlaşmasından narahatdır: İrana xəbərdarlıq

Birləşmiş Ştatlar Tehranın Rusiyaya yüzlərlə "FƏTH-360" qısa mənzilli ballistik raket göndərdiyinə dair xəbərlərdən narahatdır.

Publika.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedanta Patel bildirib.

Vedant Patelin sözlərinə görə, ballistik raketlərinin verilməsi İranın Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstəyinin bariz göstəricisidir və bu münaqişəni daha da alovlandıracaq.

“Biz bu xəbərlərdən inanılmaz dərəcədə narahatıq. G7 və NATO tərəfdaşlarımız açıq şəkildə bildirirlər ki, biz mühüm nəticələrə hazırıq", - Patelin deyib.

O vurğulayıb ki, Moskvanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından bəri Rusiya və İran arasında təhlükəsizlik üzrə tərəfdaşlığın dərinləşməsi ilə bağlı narahatlıqlar artıb.

Dövlət Departamentinin sözçüsünə görə, İran prezidenti Məsud Pezeşkian açıq şəkildə bəyan edib ki, ölkəsinin iqtisadiyyatının yaxşılaşdırılması beynəlxalq münasibətlərin və İranın dünyadakı mövqeyinin yaxşılaşdırılmasından asılıdır. O deyib ki, raket ötürülməsi beynəlxalq təhlükəsizliyi və beynəlxalq asayişi təhdid edir, buna görə də ABŞ İranı öz hərəkətlərinə görə mühakimə etməyə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
39
publika.az

10Mənbələr