AZ

Zaxarova: Rusiya Çinlə əməkdaşlıq üçün ABŞ-a hesabat vermək niyyətində deyil

Rusiya Çinlə əməkdaşlığa görə ABŞ qarşısında cavabdeh olmayacaq.Elchi.az “TASS”a istinadən xəbər verir ki , bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Bundan əvvəl ABŞ dövlət katibinin müavini Kurt Kempbell Çini Rusiya hərbi maşınına birbaşa dəstək verməkdə ittiham edib.O, həmçinin bildirib ki, buna görə Vaşinqton Çin şirkətlərinə və maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edə bilər. Bundan əlavə, Kempbellin fikrincə, Rusiya Federasiyası qarşılığında Çinə qabaqcıl hərbi texnologiyalarla kömək edə bilər. Lakin o, ifadələrinə heç bir sübut təqdim etməyib.Bunu şərh edən Zaxarova işarə edib ki , Moskva Pekinlə münasibətləri qarşılıqlı faydalı şəkildə və beynəlxalq hüquqa tam uyğun şəkildə qurur.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
elchi.az

10Mənbələr