AZ

ABŞ İranın Rusiyaya raket verməsindən ciddi narahatdır

ABŞ  Tehranın Ukraynaya qarşı hərbi təcavüzdə istifadə etmək üçün Rusiyaya yüzlərlə qısa mənzilli ballistik raket göndərdiyinə dair xəbərlərdən inanılmaz dərəcədə narahatdır”.

Azpost.info Amerikanın Səsi”nə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Vedanta Patel bildirib.

Vedant Patelin sözlərinə görə, İran ballistik raketlərinin Rusiyaya təhvil verilməsi İranın Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə dəstəyinin dramatik şəkildə artmasını ifadə edəcək.

“Biz bu hesabatlardan inanılmaz dərəcədə narahatıq… G7 və NATO tərəfdaşlarımız açıq şəkildə bildirdilər ki, biz əhəmiyyətli nəticələrə hazırıq” – deyə Patel bildiib. O, Rusiya və İran arasında təhlükəsizlik üzrə tərəfdaşlığın dərinləşməsi ilə bağlı narahatlıqların artdığını qeyd edib.

Patel vurğulayıb ki, dövlət katibi Entoni Blinkenin Londona səfəri zamanı Ukraynaya dəstək əsas söhbət mövzusu olacaq. Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi çərşənbə axşamı Londonda Blinkenlə danışıqlar aparacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
39
azpost.info

10Mənbələr