AZ

"Yaqi" qasırğası: 127 nəfər öldü, 750-i yaralandı

Vyetnamın bəzi şimal əyalətlərində "Yaqi" qasırğasından sonra baş verən güclü daşqınlar nəticəsində azı 127 nəfər ölüb, 54 insan itkin düşüb.

Olaylar xəbər verir ki, bu barədə yerli "VnExpress" xəbər portalı məlumat yayıb.

Geniş vüsət almış təbii fəlakət nəticəsində xəsarət alanların sayı son məlumatlara görə, 750 nəfəri ötüb.

Qeyd edək ki, "Yaqi" qasırğası Vyetnama güclü leysan gətirib və Hanoy da daxil olmaqla bəzi şimal əyalətlərdə daşqınlara səbəb olub. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
olaylar.az

10Mənbələr