AZ

“Yagi” qasırğası nəticəsində ölənlərin sayı 233-ə çatıb

Vyetnamın şimalına təsir edən “Yagi” qasırğası nəticəsində ölənlərin sayının 233-ə yüksəldiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Vyetnam Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyi "Yagi" qasırğasının fəsadları ilə bağlı açıqlama verib.

Açıqlamada qasırğanın törətdiyi fəlakətlər və qəzalar nəticəsində həyatını itirənlərin sayının 233-ə yüksəldiyi bildirilib. Açıqlamada 103 nəfərin hələ də itkin düşdüyü, 823 nəfərin yaralandığı bildirilib. Vyetnam administrasiyası qasırğadan zərər çəkmiş bölgələrdə yardım və xilasetmə əməliyyatlarının aparılması üçün minlərlə hərbçi təyin edib və ölkənin şimalındakı sahilyanı şəhərlərdən 50 mindən çox insan təxliyə edilib. Sentyabrın 3-də Filippinin şimal bölgələrini vuran "Yagi"nin səbəb olduğu güclü yağış, sel və torpaq sürüşmələri nəticəsində 20 nəfər həyatını itirib, 26 nəfər isə itkin düşüb. Sentyabrın 7-də Çinin Haynan əyalətində baş verən qasırğa nəticəsində 4 nəfər ölüb, 95 nəfər yaralanıb.

Seçilən
208
50
sia.az

10Mənbələr