Vyetnamın şimalında “Yaqi” tayfunun səbəb olduğu güclü daşqınlar nəticəsində azı 324 nəfər ölüb və ya itkin düşüb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Su bəndlərinin idarə olunması və təbii fəlakətlərin qarşısının alınması departamentindən məlumat verilib.
Məlumata görə, bir sıra şimal əyalətlərində baş vermiş daşqın və sürüşmə 179 nəfərin ölümünə səbəb olub, 145 yerli isə sakin isə itkin düşüb.
Qeyd edək ki, Vyetnam Təbii Fəlakətlərə Qarşı Mübarizə və Axtarış və Xilasetmə Milli Komitəsinin məlumatına görə, tayfun son 30 ildə ölkəni cənginə alan ən güclü tayfun olub. Təbii fəlakət binaların, infrastrukturun geniş miqyasda dağılmasına, kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsinə ziyan dəyməsinə səbəb olub.