AZ

Ən çox maaş alan futbolçu - Ronaldo, yoxsa Messi?

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun və "İnter Mayami"nin forvardı Lionel Messinin maaşları açıqlanıb. 

90deqiqe.Az xəbər verir ki, Portuqaliya yığmasının kapitanı Ərəbistan klubunda il ərzində 285 milyon dollar qazandığı halda, argentinalı futbolçunun illik gəliri 135 milyon dollardır. 

Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ilin qışında "Əl Nəsr"ə, Lionel Messi isə həmin ilin yayında "İnter Mayami"yə transfer olunub. 

Seçilən
7
50
90deqiqe.az

10Mənbələr