AZ

Ronaldo dünyanın ən çox maaş alan futbolçusu oldu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Forbes” jurnalının versiyasına görə 2024/25 mövsümündə dünyanın ən çox maaş alan futbolçusu olub.

Nəşr 39 yaşlı portuqaliyalı idmançının gəlirini futbol üzrə rekord həddə - 285 milyon dollar qiymətləndirib ki, bunun da 220 milyon dolları klubdan, 65 milyon dolları isə qeyri-futbol fəaliyyətindən əldə olunub.

“Forbes” qeyd edir ki, jurnalın 1990-cı ildən bəri izlədiyi bütün idmançılar arasında yalnız boksçu Floyd Meyvezer bir il ərzində daha çox qazana bilib.

Reytinqdə ikinci yeri 135 (60+75) milyon dollar gəlirlə “İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi tutub. Üçüncü yerdə isə gəliri 110 (80+30) milyon dollar qiymətləndirilən Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar olub.

“Forbes”in məlumatına görə, dünyanın ən çox maaş alan on futbolçusu 2024/25 mövsümündə 983 milyon dollar qazanacaq. Lakin bu məbləğin böyük hissəsini Səudiyyə Ərəbistanı klublarının futbolçuları alacaq.

Kriştiano Ronaldo “Forbes” jurnalına görə ardıcıl ikinci və son 10 ildə altıncı dəfə dünyanın ən çox maaş alan futbolçuları siyahısına başçılıq edir. 2022-ci ildə birinci yeri Fransa millisinin və o vaxt Fransanın “Paris Saint-Germain” klubunun hücumçusu Kilian Mbappe tutub. 2018-2020-ci illərdə isə siyahının lideri Messi olub.

phrase_var_article.chosen
99
50
buta.media

10phrase_var_article.sources