AZ

İntensiv kivi bağlarının salınmasına görə nə qədər subsidiya veriləcək?

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Lənkəran, Astara, Masallı rayonlarında, eyni zamanda Lerik rayonunun dəniz səviyyəsindən 300 metr yüksəklikdən aşağıda yerləşən ərazilərdə intensiv kivi bağları salan fermerlərə hər hektara görə 9600 manat əkin subsidiyası veriləcək. 

Valyuta.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu subsidiya damcı suvarma sistemi ilə təchiz olunmuş, hər hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarına şamil olunacaq. Qeyd olunan subsidiyalaşma mexanizmi fermerin intensiv kivi bağları salmaq üçün çəkdiyi xərclərin bir hissəsini qarşılamağa imkan verir.

Seçilən
107
5
valyuta.az

9Mənbələr