AZ

Kivi bağlarına hər hektara 9600 manat subsidiya ayrılacaq

Fins.az xəbər verir ki, intensiv kivi bağlarının salınmasına görə hər hektara 9600 manat əkin subsidiyası verilməsi nəzərdə tutulur:

  • Azərbaycanda kivi yetişdirilməsinə maraq ildən-ilə artmaqdadır.
  • Hazırda əsasən Lənkəran-Astara iqtisadi zonasında kivi yetişdirilir.
  • Daxili bazarda tələbat, xarici bazarlara ixrac imkanları, dövlət dəstəyi mexanizmlərinin mövcudluğu intensiv üsulla kivi bağları salınmasını stimullaşdırır.
  • Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Lənkəran, Astara, Masallı rayonlarında, eyni zamanda Lerik rayonunun dəniz səviyyəsindən 300 metr yüksəklikdən aşağıda yerləşən ərazilərdə intensiv kivi bağları salan fermerlərə hər hektara görə 9600 manat əkin subsidiyası veriləcək.
  • Bu subsidiya damcı suvarma sistemi ilə təchiz olunmuş, hər hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarına şamil olunacaq.
  • Qeyd olunan subsidiyalaşma mexanizmi fermerin intensiv kivi bağları salmaq üçün çəkdiyi xərclərin bir hissəsini qarşılamağa imkan verir.

 

Zemfira Ms
Fins.az

Seçilən
92
5
fins.az

9Mənbələr