AZ

Kivi bağlarının salınmasına görə hər hektara 9600 manat əkin subsidiyası veriləcək

Azərbaycanda kivi yetişdirilməsinə maraq ildən-ilə artmaqdadır. Hazırda əsasən Lənkəran-Astara iqtisadi zonasında kivi yetişdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, daxili bazarda tələbat, xarici bazarlara ixrac imkanları, dövlət dəstəyi mexanizmlərinin mövcudluğu intensiv üsulla kivi bağları salınmasını stimullaşdırır.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Lənkəran, Astara, Masallı rayonlarında, eyni zamanda, Lerik rayonunun dəniz səviyyəsindən 300 metr yüksəklikdən aşağıda yerləşən ərazilərdə intensiv kivi bağları salan fermerlərə hər hektara görə 9600 manat əkin subsidiyası veriləcək. Bu subsidiya damcı suvarma sistemi ilə təchiz olunmuş, hər hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarına şamil olunacaq.

Qeyd olunan subsidiyalaşma mexanizmi fermerin intensiv kivi bağları salmaq üçün çəkdiyi xərclərin bir hissəsini qarşılamağa imkan verir.

Seçilən
104
5
azpost.info

9Mənbələr