AZ

Kivi bağlarının salınması subsidiyalaşdırılacaq

2025-ci il mayın 31-dək salınacaq intensiv kivi bağlarının hər hektarına görə fermerlərə 9,6 min manat əkin subsidiyası veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu dəstək mexanizmi Lənkəran, Astara, Masallı rayonlarında, eyni zamanda Lerik rayonunun dəniz səviyyəsindən 300 metr yüksəklikdən aşağıda yerləşən ərazilərində ən azı 650 tingin əkildiyi və damcı suvarma sistemi ilə təchiz olunan bağlara şamil olunacaq.

Qeyd olunan subsidiyalaşma mexanizmi fermerin intensiv kivi bağları salmaq üçün çəkdiyi xərclərin bir hissəsini qarşılamağa imkan verir.

Seçilən
135
2
vergiler.az

9Mənbələr