1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İtaliya A Seriyasının 15-ci turunda "Yuventus" "Bolonya" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun Turinin "Allianz" stadionunda baş tutub.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Matçda qonaqlar iki qol üstünlüyü ilə irəlidə olsalar da, "Yuve" 62 və 90+2-ci dəqiqədə vurduğu qollarla bərabərliyi təmin edə bilib.
Hazırda "Yuventus" 15 matçda 27 xal toplayıb və altıncı yerdədir. "Bolonya" isə 22 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.