AZ

Kallas Merkelin Putini Sammitə dəvət etmək təklifini tənqid edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa diplomatiyasının yeni rəhbəri Kaya Kallas, 2021-ci ilin iyununda Almaniyanın keçmiş kansleri Angela Merkelin Rusiya Prezidenti Vladimir Putini Avropa İttifaqı liderlərinin sammitinə dəvət etmək təklifini kəskin şəkildə tənqid edib. Bu barədə "Politico" nəşri məlumat yayıb.

Xəbərə görə, Merkel, Rusiyanın Ukrayna sərhədlərində hərbi qüvvələrini cəmləşdirdiyinə dair xəbərlər fonunda, Putini Brüsseldə keçiriləcək sammitə dəvət etməyi təklif edib. Bu təklif Fransa Prezidenti Emmanuel Makron tərəfindən də dəstəklənib.

Lakin həmin dövrdə Estoniyanın baş naziri olan Kaya Kallas digər Avropa liderlərinin iştirakı ilə keçirilən görüşdə, "Bunun nə mənası var?" sualı ilə bu ideyaya qarşı çıxıb.

Bu mövzu Avropa liderləri arasında müxtəlif reaksiyalara səbəb olmuş və Rusiya ilə dialoq məsələsində fikir ayrılıqlarını bir daha gündəmə gətirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
14
olaylar.az

10Mənbələr