Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubu ilə müqavilənin müddətini uzadıb.
26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci il dekabrın 31-dək nəzərdə tutulub.
Krivotsyuk “Tedjon Xana Sitizen”in mətbuat xidmətinə açıqlama da verib:
"Müqavilə müddətini yenilədiyim üçün çox şadam. Ailəmə və hər şeyə görə Allaha təşəkkür edirəm. Növbəti mövsüm liqada ən yaxşı Antonu görəcəksiniz".
Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya təmsilçisində çıxış edir.