AZ

ABŞ Ukrayna və Polşaya B-61 nüvə bombaları yerləşdirə bilər - İDDİA

Onun gücü Xirosima və Naqasakiyə atılan bombaların gücündən 24 dəfə çoxdur

ABŞ Rusiyanın “Oreşnik” raket sistemindən istifadəsinə cavab olaraq Ukrayna və ya Polşa ərazisinə B-61 nüvə bombaları yerləşdirə bilər. Turkustan.az xəbər verir ki, ABŞ-ın bu potensial planını amerikalı köşə yazarı Brandon Veyhort “The National Interest” (TNI) jurnalı üçün yazdığı məqalədə səsləndirib.

Ekspertin sözlərinə görə, B-61 bombası ABŞ strateji nüvə qüvvələrinin əsas silahıdır, onun gücü Xirosima və Naqasakiyə atılan bombaların gücündən 24 dəfə çoxdur. Sursatın seriyalı istehsalı 1960-cı illərin əvvəllərində başlayıb, sonra B-61-in bir çox növləri inkişaf etdirilib və 2023-cü ildə Pentaqon bu modeli dəyişdirmək planlarını açıqlayıb.

“Qərbin NATO üzvü olmayan Ukraynaya nüvə silahının yerləşdirilməsinə və ya daha da pisi, ona ötürülməsinə icazə verəcəyi ideyası mahiyyətcə dəlilikdir. Təəssüf ki, Ukrayna münaqişəsinin necə inkişaf etdiyini nəzərə alsaq, bu variantı ləğv etmək olmaz”, - Veyhort yazıb.

Bununla belə, müəllifin fikrincə, ABŞ nüvə silahının yerləşdirilməsi üçün NATO-nun tamhüquqlu üzvü kimi Polşa ərazisini daha çox seçir, çünki bu ölkənin Alyans çərçivəsində nüvə silahı mübadiləsi proqramında iştirak etmək hüququ var. Lakin Veyhort etiraf edir ki, bu addım vəziyyətin daha da sabitsizləşməsinə xidmət edəcək və böhranın sülh yolu ilə həlli şanslarını əhəmiyyətli dərəcədə azaldacaq. /AYNA/

Seçilən
17
22
turkustan.az

10Mənbələr