AZ

Paşinyanın partiyasından olan deputat mandatından imtina edib

Ermənistan Parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatı David Aruşanyan mandatından imtina edib.
 
APA-nın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, xəbəri qanunverici orqanın sədrinin mətbuat xidmətindən təsdiqləyiblər.
 
Qeyd edək ki, 2021-2022-ci illərdə Gümrü icmasının sədr müavini olmuş Aruşanyanın rəhbər postuna real namizədliyi nəzərdən keçirilir. Bu barədə o, özünün “Facebook” hesabında da yazıb.
Seçilən
5
50
moderator.az

10Mənbələr