AZ

"Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVII turuna təsadüf edib.

“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.


Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.


Qeyd edək ki, “Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.


Bizim.Media

Seçilən
34
24
bizim.media

10Mənbələr