AZ

“Qarabağ” 900-cü ev qolunu vurdu

Premyer Liqanın cari çempionu və indiki lideri “Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.

Arena.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 17-ci turuna təsadüf edib.

“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. Ağdam klubunun öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.

Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Buna qədər yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.

Xatırladaq ki, “Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.

Seçilən
28
24
arena.az

10Mənbələr