AZ

"Qarabağ" 900-ə çatdı

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.

Gundem.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 17-ci turuna təsadüf edib.

“Sumqayıt”la görüşdə vurulan sonuncu qol yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.

Ağdam klubu “900”-ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.

Seçilən
27
24
gundem.az

10Mənbələr