AZ

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVII turuna təsadüf edib.

“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.

Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.

Seçilən
27
24
90deqiqe.az

10Mənbələr