AZ

Böyük Britaniya Rusiyaya əlavə sanksiyalar tətbiq edib

Böyük Britaniya hökuməti Rusiya neftinin daşınmasında iştirak edən 20 gəmini sanksiya siyahısına daxil edib.Bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, bu addım Rusiyanın enerji sektoruna təzyiqləri artırmaq və onun "kölgə donanması” adlandırılan gəmilərini hədəf almaq məqsədi daşıyır. Sanksiya tətbiq edilən gəmilər arasında "Andaman Skies”, "Mianzimu” və "Ocean Faye” də var. Onların hər biri bu il 4 milyon bareldən çox Rusiya nefti daşıyıb. Bu sanksiya tədbirləri gəmilərin hərəkətini məhdudlaşdırıb və bəzi Britaniya limanlarına girişini qadağan edib.

Ötən ay Böyük Britaniya Rusiyanın 30 neft tankerini sanksiya siyahısına əlavə edib və ümumilikdə daşımada iştirak edən 100-dən çox gəmi məhdudiyyətlərə məruz qalıb.

Yeni sanksiyalarla yanaşı, Böyük Britaniya Ukraynanın enerji infrastrukturunun bərpasına və müharibənin üçüncü qışında ən həssas təbəqələrə dəstək olmaq üçün 35 milyon funt sterlinq məbləğində əlavə maliyyə yardımı ayırıb.

www.anews.az
Seçilən
20
19
anews.az

10Mənbələr