ABŞ İran nefti və neft-kimya məhsulları ilə ticarət edən 4 şirkət və üç gəmiyə qarşı sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə İran Teleqram kanalları məlumat yayıb.
Eyni zamanda, qeyri-qanuni silah satışı, çirkli pulların yuyulması, İran neftinin qanunsuz daşınması və Husi üsyançı hərəkatını dəstəklədiyinə görə daha on şəxs və təşkilat sanksiya siyahısına əlavə edilib. Yəmən Mərkəzi Bankının Səna filialının rəhbəri də sanksiya siyahısındadır.