Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın cinah hücumçusu Lamin Yamalın transfer qiyməti bahalaşıb.
Arena.az xəbər verir ki, nüfuzlu “Transfermarkt” internet-portalı ilin yekunları üzrə İspaniya La Liqasında çıxış edən futbolçuların bazar qiymətini yeniləyib.
“Barselona”nın 17 yaşlı sağ cinah hücumçusu Yamalın transfer qiyməti 30 milyon avro məbləğində artaraq, hazırda 180 milyon avro məbləğ təşki edir.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 72 oyun, 13 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.