AZ

"Rusiya sərhədləri yaxınlığında NATO-nun 33 min hərbçisi var" - Şoyqu

İsveçin NATO-ya daxil olması Rusiya Federasiyasının qərb və şimal-qərb strateji istiqamətlərində hərbi-siyasi gərginliyi artırıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı gücləndirici qoşun qrupları hazırda 33 min nəfərə qədərdir.

"Bu gün sərhədlərimizdə NATO-nun gücləndirilmiş qüvvələrinin sayı 33 min nəfərə qədər, 300-ə yaxın tank və 800-dən çox digər zirehli döyüş maşını var”, - deyə Şoyqu bildirib.

Turan İSMAYIL

Seçilən
246
50
redaktor.az

10Mənbələr