AZ

Bu ölkədə azarkeşlər istəmədi, VAR sistemindən imtina edildi

İsveç videotəkrar sistemindən (VAR) istifadə etməyəcək.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu məlumatı İsveç Futbol Assosiasiyasının prezidenti Fredrik Reynfeldt “Aftonbladet”ə müsahibəsində təsdiqləyib.

Onun sözlərinə görə, İsveçin 18 aparıcı klubu VAR-ın tətbiqinə qarşı çıxıb.

“Biz bu mövqeyə hörmətlə yanaşırıq. Buna görə də komanda nümayəndələrinin əvvəlki şurasında VAR ilə bağlı təkliflər irəli sürməmişik. Bu, yaxın gələcəkdə də baş verməyəcək”, – Reynfeldt bildirib.

Bu mövqe azarkeşlərin VAR tətbiqinə müqavimət göstərməsi, İsveç klublarının isə 51%-nin azarkeşlərə məxsus olması ilə izah edilib.

Seçilən
294
3
axar.az

10Mənbələr