AZ

Azarkeşlər etiraz etdi, bu ölkə VAR-a “yox” dedi

İsveç videotəkrar sistemindən (VAR) istifadə etməyəcək.

Publika.az xəbər verir ki, bu məlumatı İsveç Futbol Assosiasiyasının prezidenti Fredrik Reynfeldt “Aftonbladet”ə müsahibəsində təsdiqləyib.

Onun sözlərinə görə, İsveçin 18 aparıcı klubu VAR-ın tətbiqinə qarşı çıxıb.

“Biz bu mövqeyə hörmətlə yanaşırıq. Buna görə də komanda nümayəndələrinin əvvəlki şurasında VAR ilə bağlı təkliflər irəli sürməmişik. Bu, yaxın gələcəkdə də baş verməyəcək”, – Reynfeldt bildirib.

Seçilən
219
3
publika.az

10Mənbələr