Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyulun 1-7-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “Sağlam həyat” layihəsi çərçivəsində cüdo üzrə ustad dərsləri – 1 iyul, saat 18:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə ustad dərsləri – 2 iyul, saat 10:00 (Sumqayıt şəhəri, “Alüminiumçu” İdman Evi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə ustad dərsləri – 3 iyul, saat 10:00 (Xızı rayon, Altıağac qəsəbəsi, UGİŞM-in idman zalı).
- "Abşeron gəncləri narkomaniyaya yox deyir!" devizi altında sərbəst güləş üzrə ustad dərsləri – 3 iyul, saat 9:00 (Abşeron rayon, Xırdalan kəndi, UGİŞM).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə idman tədbiri - 2 iyul, saat 15:00 (Qobustan rayonu "Güləş" idman zalı);
- “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kikboksinq üzrə İsmayıllı rayon turniri - 3 iyul, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi çıxışlar - 4 iyul, saat 10:00 (Ağsu şəhər 3 nömrəli tam orta məktəb);
- “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “GİN 30” devizi altında “İdman və ekologiya” təmizlik aksiyası - 5 iyul, saat 11:00 (İsmayıllı rayon ərazisi);
- “Sağlam həyat” layihəsi çərçivəsində 3x3 basketbol üzrə idman tədbiri - 5 iyul, saat 11:00 (Qobustan rayonu Sündü kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə ustad dərsləri - 5 iyul, saat 15:00 (Şamaxı "Şirvan" güləş klubu);
- “GİN 30” devizi altında stolüstü tennis üzrə İsmayıllı rayon turniri - 6 iyul, saat 16:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə Goranboy kubokunun 1/8 və 1/4 oyunları: 1-7 iyul, saat 20:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 1 iyul, saat 16:00 (Naftalan şəhəri, Qələbə Parkı);
- Ümumtəhsil məktəbləri arasında voleybol üzrə Daşkəsən rayon birinciliyi - 2-5 iyul, saat 10:00 ("Daşkəsən Dəmir Filizi"MMC-nin idman meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 3 iyul, saat 16:30 (Goranboy rayonu Dəliməmmədli şəhəri);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 3 iyul, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" idman tədbiri - 4 iyul, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 4 iyul, saat 16:30 (Yeni Gəncə qəsəbəsi, güləş zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində şahmat üzrə nümunəvi çıxışlar - 5 iyul, saat 11:00 (Goranboy rayonu Qızılhacılı qəsəbəsi);
- Milli Yaylaq Festivalı – 5-7 iyul (Göygöl rayonu).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə nümunəvi çıxışlar - 1 iyul, saat 11:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Futbol üzrə nümunəvi çıxışlar - 2 iyul, saat 11:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Voleybol üzrə nümunəvi çıxışlar - 2 iyul, saat 16:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 3 iyul, saat 17:00 (Şəmkir rayon Zəyəm qəsəbəsi idman meydançası);
- Yeniyetmə və gənc idmançılarla görüş - 4 iyul, saat 11:00 (Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun inzibati binası);
- Atletika üzrə nümunəvi çıxışlar - 5 iyul, saat 11:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Futbol üzrə nümunəvi çıxışlar - 5 iyul, saat 11:00 (Ağstafa şəhər stadionu).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- İdarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Xaçmaz rayon turnirinin 1/4 və yarımfinal oyunları - 1-7 iyul, saat 19:00 (Xaçmaz rayonu, minifutbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Basketbol hamı üçün" 3x3 kütləvi idman tədbiri - 2 iyul, saat 11:00 (Şabran rayonu, 4 nömrəli tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Basketbol hamı üçün” kütləvi idman tədbiri - 2 iyul, saat 15:00 (Siyəzən şəhər 2 nömrəli tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə kütləvi idman tədbiri - 3 iyul, saat 10:00 (Şabran rayonu, UGİM-in idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində ciu-citsu üzrə kütləvi idman tədbiri - 3 iyul, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Atletika hamı üçün” kütləvi idman tədbiri - 4 iyul, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində qızlar arasında fitnes üzrə kütləvi idman tədbiri - 4 iyul, saat 16:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "Sağlam həyat" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri - 5 iyul, saat 15:00 (Siyəzən şəhər 4 nömrəli tam orta məktəb);
- MMA və qrapplinq üzrə Xaçmaz rayon açıq birinciliyi - 7 iyul, saat 10:00 (Xaçmaz rayonu, “Əhməd" İdman Klubu).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr edilmiş böyüklər arasında futzal üzrə rayon turnirin açılışı mərasimi - 1 iyun, saat 19:00 (Yardımlı Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş voleybol üzrə Astara rayon turniri - 4-5 iyul, saat 10:00 (Astara rayonu, Məsçidməhəllə kənd voleybol meydançası);
- Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin doğum gününə həsr olunmuş minifutbol üzrə Lənkəran-Astara regionunun açıq turniri - 4-7 iyul, 30 iyul, saat 19:00 (Lənkəran rayonu, Ürgə minifutbol stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gənclər arasında pnevmatik tüfəngdən hədəfə atəş açma üzrə idman tədbiri - 5 iyul, saat 14:00 (Yardımlı rayonu, Mərkəzi stadionu);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30-cu ildönümü münasibətilə yeniyetmə oğlan və qızlar arasında voleybol üzrə rayon açıq turniri - 6-7 iyul, saat 10:00 (Masallı Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində karate üzrə açıq havada master-klas - 6 iyul, saat 18:00 (Cəlilabad rayonu, Heydər Əliyev Seyrəngahı);
- İdman xadimi Ağakişi İskəndərovun xatirəsinə həsr olunmuş 2009-2011-ci il təvəllüdlü oğlanlar arasında yunan-Roma güləşi üzrə Lerik rayon açıq birinciliyi - 6-7 iyul, saat 10:00 (Lerik rayon 3 nömrəli tam orta məktəb);
- “Üzgüçülük hamı üçün” idman tədbiri - 6-7 iyun, saat 11:00 (Lənkəran Olimpiya İdman Kompleksi).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Minifutbol üzrə "Region kuboku" turniri - 1-10 iyul, saat 20:30 (Ucar rayon yeni minifutbol meydaçası);
- Nərd üzrə rayon çempionatı - 2-4 iyul, saat 15:00 (Zərdab rayonu, Həsən bəy Zərdabi adına park);
- Kikboksinq üzrə nümunəvi çıxışlar - 4 iyul, saat 15:00 (Mingəçevir şəhər 20 Yanvar küçəsi kikboksinq idman zalı).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Cüdo üzrə ustad dərsləri - 3 iyul, saat 15:00 (İmişli Olimpiya İdman Kompleksi);
- Cüdo üzrə ustad dərsləri - 4 iyul, saat 12:00 (Saatlı rayon cüdo idman zalı);
- Karate döyüş növü üzrə ustad dərsləri - 6 iyul, saat 15:00 (Sabirabad şəhəri, "Zərbə karate do" klubu);
- Karate döyüş növü üzrə ustad dərsləri - 6 iyul, saat 15:00 (Beyləqan Olimpiya İdman Kompleksi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə 2007-2009, 2010-2012-ci il təvəllüdlü yeniyetmələrin açıq turniri - 3 iyul, saat 9:00 (Qax Olimpiya İdman Kompleksi);
- Gənclər arasında ağırlıqqaldırma üzrə ustad dərsləri - 3 iyul, saat 15:30 (Qax rayon Kürmük Ağır Atletika Klubu);
- Yeniyetmə və gənclər arasında ağır atletika üzrə açıq rayon turniri - 5-6 iyul, saat 10:00 (Balakən rayonu Ağır Atletika Klubu);
- Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə ustad dərsləri - 5 iyul, saat 16:00 (Qəbələ İdman Klubu);
- Şəhidlərin əziz xatirəsinə həsr edilmiş yeniyetmələr arasında minifutbol üzrə rayon birinciliyi - 6 iyul, saat 11:00 (Zaqatala rayonu Tala Qala istirahət mərkəzi);
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- 26 iyul – Gənclər və İdman Nazirliyinin yaranması gününün 30-cu ildönümü ilə əlaqədar “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxış – 1 iyul, saat 10:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- Salyan şəhidlərinin əziz xatirəsinə həsr edilmiş futbol üzrə rayon turnirinin qrup mərhələsi oyunları - 1-3 iyul, saat 17:00 (Salyan şəhər 20 Yanvar küçəsində yerləşən “Dəmiryolçu” stadionu);
- “Sağlam həyat günü” layihəsi çərçivəsində 30 metr məsafəyə qaçış, iki ayağa təkan verməklə yerindən uzununa tullanma, hündür turnikdə dartınma və digər idman hərəkətləri üzrə idman tədbiri – 2 iyul, saat 10:00 (Neftçala rayonu, Aşağı Qaramanlı kənd folklor evinin həyəti);
- "Sağlam həyat" layihəsi çərçivəsində 6 yaş və ondan kiçik uşaqlar üçün gimnastika təlimləri - 3 iyul, saat 10:00 (Biləsuvar şəhər 1 nömrəli bağça);
- Üzgüçülük üzrə nümunəvi çıxışlar - 3 iyul, saat 10:00 (Salyan Olimpiya İdman Kompleksi);
- Fiziki qüsurlu şəhər sakinləri arasında şahmat və dama yarışı – 4 iyul, saat 10:00 (Şirvan Reabilitasiya Mərkəzi);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş uşaqlar, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə açıq Salyan rayon birinciliyi - 5 iyul, saat 9:00 (Salyan Olimpiya İdman Kompleksi);
- Taekvando üzrə nümunəvi çıxışlar - 5 iyul, saat 10:00 (Biləsuvar rayonu, Xırmandalı kəndi);
- Asudə vaxtın səmərəli təşkili məqsədilə şahmat yarışı - 5 iyul, saat 12:00 (Hacıqabul şəhər 6 nömrəli tam orta məktəb);
- “Sağlam həyat günü” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında ağırlıqqaldırma yarışı – 5 iyul, saat 19:00 (Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində karate üzrə ustad dərsi - 6 iyul, saat 12:00 (Hacıqabul şəhər Muğan qəsəbə tam orta məktəbin idman zalı);
- Gənclər arasında futzal üzrə yoldaşlıq görüşü - 7 iyul, saat 12:00 (Hacıqabul şəhər Pirsaat qəsəbə tam orta məktəbi).
İdman.biz