AZ

Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyulun 29-dan avqustun 4-dək müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə Zülfüqar Quliyev tərəfindən ustad dərsləri – 30 iyul, saat 10:00 (Giləzi qəsəbə UGİŞM-nin İdman zalı);
- “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sambo üzrə nümunəvi çıxışlar - 1 avqust, saat 9:00 (“Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt 1 nömrəli İOEUGİŞM);
- “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş "Sağlam həyat" layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə xüsusi fiziki hazırlıq dərsləri – 1 avqust, saat 10:00 (Abşeron rayon Qobu qəsəbəsi);
- “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş 2008-ci il və daha kiçik təvəllüdlü qızlar arasında voleybol üzrə turnir – 1-2 avqust, saat 17:00 (Sumqayıt şəhər Musiqi Kolleci).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün" layihəsi çərçivəsində uşu sanda üzrə master-klas - 29 iyul, saat 15:00 ("İsmayıllı" İdman Klubu);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş “Gənclər Marafonu” - 31 iyul, saat 16:00 (Qobustan şəhəri, H.Əliyev prospekti);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə kütləvi idman tədbiri - 1 avqust, saat 10:00 (Ağsu şəhər 5 nömrəli tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində ağırlıqqaldırma üzrə ustad dərsləri - 2 avqust, saat 14:00 (“Ağırlıqqaldırma” idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində MMA üzrə ustad dərsləri - 2 avqust, saat 15:00 ("Şamaxı" İdman klubu);
- "Sağlam həyat" proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin oğlan və qız şagirdləri arasında əyləncəli idman yarışı – 4 avqust, saat 11:00 (İsmayıllı şəhər təhsil müəssisəsi).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş basketbol üzrə Gəncə şəhər birinciliyi - 29 iyul, saat 10:00 (Gəncə Olimpiya İdman Kompleksi);
- Boks üzrə məşqçi-müəllim Seymur Adıgözəlov tərəfindən nümunəvi çıxışlar - 29 iyul, saat 16:00 (Naftalan şəhəri, Qələbə Parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində məşqçi-müəllim Məhəmməd Əliyev tərəfindən boks üzrə nümunəvi çıxışlar - 30 iyul, saat 11:00 (Gəncə şəhəri, Heydər Əliyev Park Kompleksi);
- Cüdo üzrə məşqçi-müəllim Fuad Əliyev tərəfindən nümunəvi çıxışlar - 31 iyul, saat 16:00 (Naftalan şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində məşqçi-müəllim Sevinc Əhmədova tərəfindən voleybol üzrə nümunəvi çıxışlar - 1 avqust, saat 10:30 (Goranboy Gənclər Parkı)
- "İdman hamı üçün" layihəsi çərçivəsində məşqçi-müəllim Şəms Soltanova tərəfindən "Gimnastika hamı üçün" idman tədbiri - 1 avqust, saat 16:00 (Naftalan Şəhər Stadionu);
- Futbol üzrə C kateqoriyalı məşqçi-müəllim Xəyal Abdullayev tərəfindən nümunəvi çıxışlar - 2 avqust, saat 16:00 (Naftalan şəhər stadionu).
Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Kikboksinq üzrə nümunəvi çıxışlar - 29 iyul, saat 10:00 (Ağdam Olimpiya İdman Kompleksi).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümü münasibətilə cüdo üzrə şimal regionunun açıq Nabran turniri - 29-31 iyul, saat 11:00 (Xaçmaz rayonu, Nabran qəsəbəsi, "Dostluq" İstirahət Mərkəzi);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində vətən müharibəsi şəhidi Sənan Qəhrəmanov adına voleybol meydançasının açılışı - 29 iyul, saat 15:00 (Quba rayonu, Xucbala kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında badminton üzrə kütləvi idman tədbiri - 30 iyul, saat 11:00 (Qusar rayonu, Çiləgir kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə kütləvi idman tədbiri - 30 iyul, saat 15:00 (Siyəzən şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində fitnes üzrə "Açıq qapı" günü - 30 iyul, saat 15:00 (Şabran rayonu, "Şabran" idman zalı);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində “Qələbə İdman Klubu”nun açılışı - 31 iyul, saat 11:00 (Quba rayonu, II Nügədi kəndi);
- "Sağlam həyat" layihəsi çərçivəsində “Futbol hamı üçün” kütləvi idman tədbiri - 1 avqust, saat 15:00 (Siyəzən şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında güləş üzrə kütləvi idman tədbiri - 2 avqust, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə idarə, müəssisə təşkilatlar arasında rayon turnirinin final oyunları - 29 iyul, saat 19:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində savat üzrə nümunəvi çıxışlar – 1 avqust, saat 11:00 (Astara rayonu, Xəzər dənizi sahili);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 iliyinə həsr olmuş kütləvi açıq idman tədbiri - 2 avqust, saat 15:00 (Lerik rayonu, Heydər Əliyev xatirə parkı);
- Yeniyetmə və gənclər arasında “Sağlam Həyat” layihəsi çərçivəsində - 2 avqust (Yardımlı Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi idman çıxışlar - 2 avqust, saat 15:00 (Masallı Taekvondo Mərkəzi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş “Zirvəni fəth et!” devizi ilə gənclər arasında dağ yürüşü - 3 avqust, saat 10:00 (Lerik rayonu, Qala dağ zirvəsinə).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Boks idman növündə nümunəvi çıxışlar - 1 avqust, saat 19:00 (Mingəçevir şəhər Boks idman zalı).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə məşq prosesi - 30 iyul, saat 15:00 (İmişli şəhər H. Əliyev prospekti 96., Boks zalı);
- Futbol üzrə məşq prosesi - 30 iyul, saat 16:00 (Sabirabad UGİŞİM);
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə məşq prosesindən görüntülər - 1 avqust, saat 12:00 (Saatlı rayon Cüdo idman zalı);
- Futbol üzrə məşq prosesi - 2 avqust, saat 16:00 (Beyləqan Olimpiya İdman Kompleksi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmə və məktəblilər arasında boks üzrə inkişaf turniri - 28-30 iyul, saat 11:00 (Qəbələ idman klubu);
- Yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi - 31 iyul, saat 11:00 (Zaqatala rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Həvəskarlar arasında futbol üzrə rayon birinciliyi - 1-20 avqust, saat 19:00 (Zaqatala rayonu Tala Qala İstirahət Mərkəzi);
- Yeniyetmə və gənclər arasında 3x3 basketbol üzrə rayon birinciliyi - 2-3 avqust, saat 10:00 (Oğuz şəhər 3 saylı məktəb lisey).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Stolüstü tennis üzrə ustad dərsləri - 30 iyul, saat 10:00 (Salyan şəhər 9 saylı tam orta məktəb);
- 6 yaş və daha kiçik uşaqlar üçün “Sağlam həyat” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin oğlan şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə yarışlar - 31 iyul, saat 10:00 (Salyan şəhər Vüqar İsayev adına 6 saylı uşaq bağçası);
- “Sağlam həyat” günləri layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında MMA üzrə nümunəvi çıxışlar – 31 iyul, saat 19:00 (Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkı);
- "Sağlam həyat" layihəsi çərçivəsində 6 yaş və ondan kiçik uşaqlar üçün gimnastika və atletika yarışları - 31 iyul, saat 10:00 (Biləsuvar şəhər 2 nömrəli bağça);
- 6 yaş və daha kiçik uşaqlar üçün “Sağlam həyat” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin qız şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə yarışlar – 1 avqust, saat 10:00 (Salyan şəhər Vüqar İsayev adına 6 saylı uşaq bağçası);
- "Sağlam həyat" proqramı çərçivəsində uşaqlar üçün gimnastika və atletika üzrə idman tədbiri - 1 avqust, saat 11:00 (Hacıqabul şəhər Gündüz uşaq bağçası);
- 6 yaş və daha kiçik uşaqlar arasında “Sağlam həyat” proqramı çərçivəsində atletika və gimnastika üzrə yarışlar – 1 avqust, saat 11:00 (Neftçala şəhər 1 saylı körpələr evi-uşaq bağçası);
- Qol güləşi üzrə Biləsuvar rayon birinciliyi - 2 avqust, saat 10:00 (Biləsuvar rayonu, "Hənif" fitnes zalı);
- Asudə vaxtın səmərəli təşkili məqsədilə həvəskar gənclər arasında şahmat yarışı -3 avqust, saat 11:00 (Hacıqabul şəhər 1 nömrəli tam orta məktəb).

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
idman.biz

10Mənbələr