Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyulun 8-14-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr edilmiş boks üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri – 8 iyul, saat 10:00 (Sumqayıt şəhər, Mehdi Hüseynzadə adına stadion);
- Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr edilmiş minifutbol üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri – 10 iyul, saat 10:00 (Sumqayıt şəhər, Mehdi Hüseynzadə adına stadion);
- “Sağlam həyat” layihəsi çərçivəsində fitnes üzrə ustad dərsləri – 11 iyul, saat 11:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə ustad dərsləri – 12 iyul, saat 10:00 (Xızı rayon, Giləzi qəsəbəsi, UGİŞM-in idman zalı).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə ustad dərsləri - 8 iyul, saat 10:00 (Ağsu rayon Cəlayir kənd tam orta məktəbi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə İsmayıllı rayon turniri - 10-25 iyul, saat 10:00 (İsmayıllı şəhər ərazisi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün" idman tədbiri - 10 iyul, saat 15:00 (Qobustan şəhəri şəhid Fədail Nadirov adına istirahət parkı);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş üzgüçülük üzrə idman tədbiri - 11 iyul, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində fitnes üzrə nümunəvi çıxışlar - 12 iyul, saat 11:00 (Şamaxı "Şirvan" güləş klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində idman rəqsi üzrə nümunəvi çıxışlar - 13 iyul, saat 11:00 (Şamaxı "Şirvan" güləş klubu).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə nümunəvi çıxışlar - 8 iyul, saat 16:00 (Naftalan şəhəri, Qələbə Parkı);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə Goranboy kubokunun 1/4 oyunları - 8-11 iyul, saat 20:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- Cüdo üzrə nümunəvi çıxışlar - 10 iyul, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 10 iyul, saat 16:30 (Goranboy Olimpiya İdman Kompleksi);
- Kikboksinq üzrə ustad dərsləri - 10 iyul, saat 18:00 (Samux rayon parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" idman tədbiri - 11 iyul, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 12 iyul, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq üzrə nümunəvi çıxışlar - 12 iyul, saat 11:30 (Goranboy Olimpiya İdman Kompleksi);
- Psixonevroloji Sosial Xidmət Müəssisəsinin pasientləri üçün futbol yarışı - 12 iyul, saat 11:00 (Yeni Gəncə qəsəbəsi futbol meydançası);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş "ECC First Road 4" MMA turniri - 13 iyul, saat 12:00 (Göygöl Olimpiya İdman Kompleksi).
Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Cüdo üzrə təlim məşq toplantısı - 8 iyul, saat 14:00 (38 nömrəli məktəb);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş şahmat üzrə rayon turniri - 8 iyul, saat 10:00 (Ağdam Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş akrobatika gimnastikası üzrə 2010-2013, 2014-2016 və 2017-2019-cu il təvəllüdlü idmançılar arasında turnir - 12 iyul, saat 10:00 (Z.Əliyeva adına məktəb-lisey);
- Şəhid polkovnik-leytenant Raqub Orucovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq turnir - 12-13 iyul, saat 10:00 (Ağdam Olimpiya İdman Kompleksi).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 8 iyul, saat 11:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Trenajor üzrə nümunəvi çıxışlar - 9 iyul, saat 18:00 (Şəmkir şəhər Nəriman Nərimanov küçəsi, "TT GYM" idman zalı);
- Cüdo üzrə nümunəvi çıxışlar - 9 iyul, saat 10:00 (Ağstafa şəhər cüdo idman klubu);
- Futbol üzrə nümunəvi çıxışlar - 10 iyul, saat 10:00 (Ağstafa şəhər stadionu);
- Tir atıcılığı üzrə rayon birinciliyi - 11 iyul, saat 11:00 (Tovuz rayon ASAN hərbi-vətənpərvərlik klubu);
- 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə turnir - 11-12 iyul, saat 10:00 (Qazax şəhər stadionu).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunmuş 2011, 2012, 2013-cü il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə Siyəzən rayon birinciliyinin qrup və 1/4 oyunları - 8-13 iyul, saat 9:00 (Siyəzən şəhər stadionu);
- İdarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Xaçmaz rayon turnirinin qrup oyunları - 8-14 iyul, saat 18:00 (Xaçmaz rayonu, minifutbol meydançası);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümü münasibətilə qol güləşi üzrə Şabran rayon birinciliyi - 9 iyul, saat 11:00 (Şabran rayonu, Heydər Əliyev adına park);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə kəmər sisteminin öyrədilməsi üzrə ustad dərsi - 10 iyul, saat 10:00 (Şabran rayonu, “Lokomotiv” idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində yeniyetmələr arasında muaytay və tay boks döyüş idman növləri üzrə kütləvi idman tədbiri - 10 iyul, saat 15:00 (Qusar rayonu, Balaqusar kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo idman növü üzrə nümunəvi çıxışlar - 11 iyul, saat 16:00 (Xaçmaz rayonu, taekvondo idman zalı);
- "Sağlam həyat" layihəsi çərçivəsində cüdo üzrə kütləvi idman tədbiri - 12 iyul, saat 15:00 (Siyəzən şəhər stadionu);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq birincilik - 12-13 iyul, saat 10:00 (Qusar Olimpiya İdman Kompleksi);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunmuş 2008-2010 və 2011-2013-cü il təvəllüdlü idmançılar arasında cüdo üzrə Quba rayon birinciliyi - 13-14 iyul, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin doğum gününə həsr olunmuş minifutbol üzrə Lənkəran-Astara regionun açıq turniri - 8-30 iyul, saat 19:00 (Lənkəran rayonu, Ürgə minifutbol stadionu);
- Nərd üzrə Astara rayon turniri – 9 iyul, saat 11:00 (Astara rayonu, Kijəbə qəsəbəsi);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində sərbəst güləş üzrə açıq havada nümunəvi çıxışlar - 10 iyul, saat 18:00 (Cəlilabad rayonu, Heydər Əliyev Seyrəngahı);
- “Sağlam həyat” layihəsi çərçivəsində atletika üzrə idman tədbiri - 11 iyul, saat 11:00 (Yardımlı Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə stolüstü tennis üzrə rayon turniri - 11-12 iyul, saat 10:00 (Masallı rayonu, Stolüstü Tennis Federasiyasının Masallı rayon filialı);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş gənclər arasında minifutbol turniri - 13-14 iyul, saat 15:00 (Lerik rayonu, 2 nömrəli tam orta məktəb).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş uşu üzrə klublararası turnir - 8 iyul, saat 10:00 (Göyçay Olimpiya İdman Kompleksi);
- Minifutbol üzrə "Region kuboku" turniri - 8-14 iyul, saat 20:30 (Ucar rayon yeni minifutbol meydançası Magistral küçəsi);
- Avarçəkmə idman növündə nümunəvi çıxışlar - 11 iyul, saat 10:00 (Mingəçevir şəhəri, “Kür” OTİM avarçəkmə bazası);
- Cüdo üzrə nümunəvi çıxışlar - 11 iyul, saat 10:00 (Yevlax rayon Səməd Vurğun 25, UGİŞM-in cüdo zalı);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 11 iyul, saat 10:00 (Ağdaş Olimpiya İdman Kompleksi);
- Taekvondo üzrə ustad dərsləri - 12 iyul, saat 9:30 (Zərdab rayonu, Fəhlə qəsəbəsi 21-də yerləşən nümunəvi parkda).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində kapoeyra üzrə ustad dərsləri - 10 iyul, saat 15:00 (Şəki şəhər “Anar” Güləş İdman Klubu);
- Sumo üzrə idmançılar və hakimlər üçün seminar - 11-13 iyul, saat 10:00 (Oğuz rayon Kərimli Aykido Doco);
- "İdman hamı üçün" layihəsi çərçivəsində MMA, pankration və qrapplinq idman növləri üzrə ustad dərsləri - 11 iyul, saat 16:00 (Qəbələ Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr edilmiş bələdiyyə və təşkilatlar arasında voleybol üzrə rayon turniri - 12-13 iyul, saat 10:00 (Balakən Olimpiya İdman Kompleksi).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- 6 yaş və daha kiçik uşaqlar üçün “Sağlam həyat” proqramı layihəsi çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin oğlan şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə yarış - 8 iyul, saat 10:00 (Salyan rayonu, “Planet” uşaq bağçası);
- “Sağlam həyat” layihəsi çərçivəsində 30 metr məsafəyə qaçış, iki ayağa təkan verməklə yerindən uzununa tullanma, hündür turnikdə dartınma idman hərəkətləri üzrə idman tədbiri - 8 iyul, saat 10:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- Salyan şəhidlərinin əziz xatirəsinə həsr edilmiş futbol üzrə rayon turnirinin yarımfinal və final mərhələsinin oyunları - 8-10 iyul, saat 17:00 (Salyan şəhər 20 Yanvar küçəsi, “Dəmiryolçu” stadionu);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş fiziki imkanları məhdud olan gənclər arasında dama yarışı - 9 iyul, saat 10:00 (Salyan rayonu, “Murad” Əlillər İctimai Birliyi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində üzgüçülük üzrə ustad dərsləri – 9 iyul, saat 11:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- "Sağlam həyat" layihəsi çərçivəsində 6 yaş və ondan kiçik qız uşaqlar üçün gimnastika və atletika yarışları - 9 iyul, saat 10:00 (Biləsuvar şəhər 1 nömrəli bağça)
- Yeniyetmə və gənclər arasında jim yarışı - 11 iyul, saat 10:00 (Biləsuvar rayonu, Xırmandalı kəndi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində taekvondo üzrə nümunəvi cıxışlar – 11 iyul, saat 19:00 (Şirvan şəhəri M. Füzuli adına istirahət parkı);
- Asudə vaxtın səmərəli təşkili məqsədilə əyləncəli idman oyunu - 13 iyul, saat 12:00 (Hacıqabul şəhər 9 nömrəli tam orta məktəb);
- Gənclər arasında avtomatın sökülməsi yarışı - 14 iyul, saat 12:00 (Hacıqabul şəhər 8 nömrəli Humanitar Təmayüllü məktəb-lisey meydançası).
İdman.biz