AZ

Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, avqustun 19-25-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə məşqçi-müəllim Nicat Alverdiyev tərəfindən açıq havada məşq - 20 avqust, saat 9:00 (Sumqayıt Bulvarı);
- Sambo üzrə regionun 2008-2010-cu il təvəllüdlü yeniyetmələri arasında yoldaşlıq görüşləri – 21 avqust, saat 9:00 (Sumqayıt Alüminiumçu İdman Evi);
- "Sağlam həyat" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar – 20 avqust, saat 9:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- "Gimnastika hamı üçün" layihəsi çərçivəsində bədii gimnastika üzrə məşqçi-müəllim Aygül Babaşova tərəfindən ustad dərsləri – 22 avqust, saat 16:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- Cüdo üzrə Paris Yay Olimpiya Oyunlarının çempionu Hidayət Heydərovun iştirakı və ACF-nin super vayzeri Natiq Bağırov tərəfindən ustad dərsləri – 23 avqust, saat 9:00 (Sumqayıt şəhəri, Nəsimi adına mədəniyyət və istirahət parkı).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində idman rəqsi üzrə idman tədbiri - 20 avqust, saat 15:00 (İsmayıllı şəhər, UGİM);
- "Sağlam həyat" proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin şagirdləri arasında əyləncəli idman yarışı - 22 avqust, saat 11:00 (Ağsu şəhər 2 nömrəli körpələr evi - uşaq bağçası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə ustad dərsləri - 23 avqust, saat 15:00 (Şamaxı şəhər stadionu);
- Uşu-sanda üzrə yeniyetmələr arasında Qobustan rayon turniri – 24 avqust, saat 10:00 (“Güləş” idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Gimnastika hamı üçün” - 25 avqust, saat 11:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə məşqçi-müəllim Əflatun Məmmədov tərəfindən açıq havada məşq - 19 avqust, saat 10:00 (Faxralı kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə məşqçi-müəllim Seymur Adıgözəlov tərəfindən açıq havada məşq - 19 avqust, saat 16:00 (Naftalan şəhəri, Qələbə Parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə məşqçi-müəllim Zaur Salmanov tərəfindən açıq havada məşq - 21 avqust, saat 10:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə idman ustası, məşqçi-müəllim Fuad Əliyev tərəfindən açıq havada məşq - 21 avqust, saat 16:00 (Naftalan şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika üzrə məşqçi-müəllim Şəms Soltanova tərəfindən açıq havada məşq - 22 avqust, saat 16:00 (Naftalan şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə məşqçi-müəllim Qəzənfər Verdiyev tərəfindən açıq havada məşq - 23 avqust, saat 16:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika üzrə məşqçi-müəllim Nurcahan Əliyeva tərəfindən açıq havada məşq - 23 avqust, saat 18:00 (Gəncə şəhəri, Xan bağı).

Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Stolüstü tennis üzrə gənclər arasında rayon turniri – 21 avqust, saat 10:00 (Ağcabədi Olimpiya İdman Kompleksi);
- “Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində sərbəst güləş üzrə rayon birinciliyi - 23 avqust, saat 9:00 (Bərdə Olimpiya İdman Kompleksi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 19 avqust, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Alpaqut üzrə nümunəvi çıxışlar - 20 avqust, saat 9:00 (Şəmkir rayon Hərbi şəhərciyin idman meydançası);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 21 avqust, saat 9:30 (Qazax şəhəri Məmmədəli Qazaxlı adına Güləş məktəbi);
- Kiçik yaşlı və yeniyetmə oğlanlar arasında üzgüçülük idman növü üzrə rayon birinciliyi - 22 avqust, saat 11:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Həvəskarlar arasında nərd yarışı - 23 avqust, saat 12:00 (Gədəbəy rayon Miskinli kəndi);
- Cüdo üzrə nümunəvi çıxışlar - 23 avqust, saat 10:00 (Ağstafa şəhəri Cüdo idman klubu).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində stolüstü tennis üzrə kütləvi idman tədbiri - 20 avqust, saat 10:00 (Şabran rayon Mədəniyyət Mərkəzinin qarşısı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Şahmat hamı üçün” kütləvi idman tədbiri - 21 avqust, saat 10:00 (Siyəzən Gənclər Evi);
- "Sağlam həyat" layihəsi çərçivəsində üzgüçülük üzrə uşaq və yeniyetmələr arasında kütləvi idman tədbiri - 21 avqust, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol üzrə nümunəvi çıxışlar - 22 avqust, saat 16:00 (Xaçmaz rayonu, Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbin idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq üzrə kütləvi idman tədbiri - 23 avqust, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- "Sağlam həyat" layihəsi çərçivəsində yunan-Roma güləşi uşaq, yeniyetmə və gənclər arasında kütləvi idman tədbiri - 24 avqust, saat 13:00 (Qusar Olimpiya İdman Kompleksi).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun xatirəsinə həsr olunmuş minifutbol üzrə Astara rayon açıq turniri - 19-20 avqust, saat 19:00 (Astara rayonu, Ümid İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində açıq havada taekvondo üzrə nümunəvi çıxışlar - 20 avqust, saat 16:30 (Yardımlı rayon, Şah İsmayıl Xətai küçəsi Şəhid Şamil Mirzəyev adına Taekvondo idman zalının qarşısı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş gənclər arasında voleybol turniri - 22-23 avqust, saat 15:00 (Lerik rayon 2 nömrəli tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə master-klas - 23 avqust, saat 10:00 (Cəlilabad rayon, Heydər Əliyev seyrəngahı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş yeniyetmə, gənclər və böyüklər arasında üzgüçülük üzrə turnir - 23-24 avqust, saat 11:00 (Masallı Olimpiya İdman Kompleksi);
- “İdmana başla, çempion ol!” adı altında yeniyetmələrin idmana cəlb olunması üçün kütləvi açıq idman tədbiri - 23 avqust, saat 10:00 (Lənkəran rayon, Akademik Zərifə Əliyeva küçəsi 78/5, Sağlam məhəllə idman zonası).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Alpaqut turan döyüşü üzrə nümunəvi çıxışlar - 22 avqust, saat 9:00 (Zərdab rayonu, bölmənin idman zalı);
- Yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 22 avqust, saat 10:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- Nərd üzrə şəhər birinciliyi - 22 avqust, saat 18:00 (Mingəçevir şəhər Füzuli parkı);
- Minifutbol üzrə "Zəfər kuboku" adlı Ucar rayon birinciliyi - 23 avqust, saat 19:00 (Ucar rayon mərkəzi minifutbol meydançası);
- Atletika üzrə nümunəvi çıxışlar - 24 avqust, saat 10:00 (Göyçay rayon stadionu).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 1-20 avqust, saat 19:00 (Zaqatala rayonu Tala Qala İstirahət Mərkəzi);
- Həvəskarlar arasında futbol üzrə məhəllə birinciliyi - 10-29 avqust, saat 18:00 (Qax rayonu Qaxbaş stadionu);
- Yeniyetmələr arasında yüngül atletika üzrə rayon turniri - 21 avqust, saat 11:00 (Qax şəhər stadionu);
- Yeniyetmə və gənclər arasında cüdo üzrə rayon birinciliyi - 24-25 avqust, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Yeniyetmə və gənclər arasında boks üzrə açıq rayon turniri - 23-25 avqust, saat 11:00 (Balakən Olimpiya İdman Kompleksi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 21 avqust, saat 9:00 (Salyan şəhəri BöyükağaTalıblı küçəsi);
- 6 yaş və daha kiçik uşaqlar üçün “Sağlam həyat” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin oğlan və qız şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə idman tədbiri – 22-23 avqust, saat 10:00 (Salyan rayon Rəhman Xudaverdiyev adına 9 saylı uşaq bağçası)
- Həvəskarlar arasında atletika üzrə (100 metr məsafəyə qaçış) şəhər birinciliyi - 25 avqust, saat 10:00 (Hacıqabul şəhər stadionu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 22 avqust, saat 15:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- 6 yaş və daha kiçik uşaqlar arasında “Sağlam həyat” proqramı çərçivəsində atletika və gimnastika idman növləri üzrə idman tədbiri – 23 avqust, saat 11:00 (Bankə qəsəbə körpələr evi-uşaq bağçası)
- Futbol üzrə nümunəvi çıxışlar - 23 avqust, saat 10:00 (Biləsuvar Şəhər Mərkəzi Parkı).

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
idman.biz

10Mənbələr