AZ

Azərbaycan filosofları insan, dünya və təkamül haqqında

Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi, fəl.ü.f.d., dosent

(əvvəli BU LİNKDƏ)

Bir sözlə, Cavidin təbrincə desək, “insan olursa insanlar” kainatda sevgi, ədalətlilik, bərabərlik hökm sürər. Bu isə heç bir zaman olmamışdır, bu gün də gerçək deyil və görünən odur ki, gələcəkdə də olmayacaq. Ən yaxşı halda ayrı-ayrı cəmiyyətlərdə bu olmuşdur, indi də bəzi cəmiyyətlərdə az-çox var, gəlcəkdə də hansısa toplumlarda olacaqdır, deyə bilərik. Ancaq yenə də Cavid ümid edir ki, ağıl insanın rəhbəri olsa, nə zaman müharibə, nə zaman sülh etməyin yerini bilsə insanlıq qalib gələcək. Başqa sözlə, qüvvəti ağıl ilə idarə etməklə digər yalançı, zərərli ideyaları aradan qaldırmaq mümkündür. O, yazırdı:

Bən derim: “Həpsi laf, inanma saqın!

Rəhbər olsun da qüvvətin, ağlın.

Yeri gəldikdə sülh üçün çabala,

Öylə yer var ki, hərbi alqışla.

Quzu gördünmü sev, o, kin bilməz;

Canavar qarşı gəlsə parçala, əz.

Qüvvət üstündə varsa əqli-səlim,

Sana kainat olur təslim”.

Cavidə görə, ağıllı insan üçün önəmli olan “yaşatmaq” ideya­sıdır, “yaşatmamaq” yox. Onun fikrincə, insanın yonulmuş heyvan, meymun hesab olunmasında müəyyən həqiqət payı olsa da, ancaq bunu tam eyniləşdirmək də doğru deyil. Çünki insanın zəkası var, ancaq bu zəkanı hansı məqsədə xidmət etməsi məsələsi də istisna olunmamalıdır. Cavid yazırdı:

İnsan yonulmuş bir heyvan olsa da,

Endirilməz hiçə ondakı zəka.

O yalnız düşünməz, düşündürər də,

Kəşf edər gündə bir qaranlıq pərdə.

Hər gün beynində bir yıldırım çaqar,

Dilərsə bir anda bir cihan yıqar.

İnsan pək tuhafdır, o hər şey yapar,

Onda yaşatmaq da, yaşatmaq da var.

“Yaşatmam, yaşarım” deyən səfillər

Qan içən vəhşilər yolunu izlər.

Beləliklə, Cavidə görə, ağıllı insan həyat və ölümün mənasını vaxtında anlamalı, heç bir şeydə ifrata varmamalıdır. Bir sözlə, insan bilməlidir ki, bəzən yaşamaq kimi, ölmək də xoşbəxtlikdir. Sadəcə, hər bir şeydə anlam olmalıdır. Cavidə görə, insan ancaq böyük bir eşq üçün hər şeyi gözə ala bilər. Bunun üçün insan ali bir idealın daşıyıcısı olmalı, nəfsinə xor baxan qəhrəman olmalıdır.

Cavid bir tərəfdən hər adətin köhnəlmiş, çürümüş hesab olunub atılmasının da, hər yeniliyə də mədəniyyət deyilib qəbul olunmasının da əleyhinədir. Bir sözlə, köhnə adətlərlə yeni adətlər məsələsində ifrata varmamaq üçün insan doğru seçim etmək iqtidarında olmalıdır. O, yazırdı:

Dəmin güləşməyə “əski adət”dedin,

Bən şaşırdım, bəlkə onu fərq etmədin.

Əski olsun, bu xoş adət ən mədəni,

Ən yaldızlı adətlərdən daha yeni..

Cahil-alim həp çarpışır, həp güləşir,

Meydanda tək qalmaq için pənəcələşir.

İnsan var ki, gülüb durukən qüvvətə,

Qarşı gəlsə məcbur olur itaətə.

O, belə bir qənaətə gəlirdi ki, hər hansı təhlükələrə üstün gəlmək üçün ali dəyərlrə sahib bəşər övladı qorxusuz olmalı, mücadilə aparmalıdır. Çünki qorxu içində yaşamaq insanı da, cəmiyyəti də yavaş-yavaş öldürür.

Hüseyn Cavidə görə, dünyada ən yüksək dəyərələrə sahib millətlərdən biri türklər, türk xalqlarıdır. Çünki türklər müharibədə olduğu kimi, siyasətdə, elmdə və mədəniyyətdə də hiyləgərlik nədir bilməzlər. Ona görə də, hərb meydanında yenilməslər də, siyasətdə yenilmişlər. Cavid yazırdı:

Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonda siyasətdə basılmış da bunalmış.

İdraki sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq.

Turana qılıcdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...

Cavidin fikrincə, millətin həyatında özəlliklə, elm və mədəniyyət elə bir anlayış, ünsürdür ki, bu sahədə görülən hər iş irəliyə doğru bir addımdır. Hər kəs mədəniyyət və elmin təməlinə bir daş atmalıdır ki, gələcək nəsillər ondan qidalansın. Başqa sözlə, elm və mədəniyyətdə geridə qalmaq bir millətin gələcəyi üçün çox təhlükəlidir. Ona görə də, bir millətin savaşda məğlub olması deyil, elm və mədəniyyətdə geridə qalması fəlakətdir. Cavid Əmir Teymurun dilindən yazırdı: “Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru, bir addım, gələcək üçün bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir”.

Azərbaycan Türk mütəfəkkiri Abdulla Şaiqin dünyagörüşündə isə ali mədəniyyətli insan üçün “hamımız bir Günəşin zərrəsiyik”dir. Əslində bütün insanların bir Günəşin zərrəsi olması İnsanlıq fəlsəfəsinin təzahürüdür. İnsanlar tək bir Günəşin zərrəsi olub, müxtəlif dillərə və dinlərə bölünüb ayrı-ayrı yerlərdə məskən salqıdlarını bilməli, bir-birləri ilə savaşmağı dayandırmalı­dırlar. Şaiq yazırdı:

Hamımız bir günəşin zərrəsiyik!

Hamımız bir yuva pərvərdəsiyik!

Ayıramaz bizləri təğyiri-lisan,

Ayıramaz bizləri təbdili-məkan.

Ayıramaz bizləri İncil, Quran,

Ayıramaz bizləri sərhəddi-şəhan,

Ayıramaz bizləri ümmanü-mühit,

Ayıramaz bizləri səhratyi-bəsit,

Ayıramaz bizləri həşmətli-cibal,

Ayıramaz: şərq, cənub, qərb, şimali.

Bizcə, Şaiq “İdeal və insanlıq” pyesində də ali mədəniyyətə sahib insan, yəni insanlıq məsələsinin mahiyyətini açmağa çalışır. Burada “İnsanlıq” üçün problem oğlu “İdeal”ın “xəstə” və ümidsiz olmasıdır. Üstəlik, “İnsanlığ”ın davamçısı olan “İdeal”ın belə bir vəziyyətdə olması üçün ana rolundakı “İnsanlıq” günahkardır. Şaiqə görə mübarizənin bir tərəfində Ədalət, Səadət, Mərhəmət, Vicdan, digər tərəfində isə Şeytan, Fəlakət və Zülm durmuşdur. Şeytan üzünü “İdeal”a tutaraq deyir ki, ona hər şey: mal-dövlət, məmləkətlər, şan-şöhrət vermişdi. Ancaq bütün bunların müqabilində “İdeal” könlünü başqasına vermişdir. Zülm və Fəlakət də Şeytanın sözlərini təsdiq edirlər.“Bu aləmdə insan insan gəmirir. Yer, göy bütün qandır, ana, qandır, qan!” deyən, İdeal İnsanlığa sarılaraq onlardan uzaqlaşmaq istəyir. İnsanlıqda Ədalət, Səadət, Mərhəmət və Vicdandan yardım istəyir. Vicdan İdeala diqqətlə baxaraq deyir:

Dəhşətlidir bu xəstənin əhvalı,

İnsanlığın ölgün, solğun idealı!

Milyon illik tarix alnında zahir,

Gələcək də dumanlıdır kim bilir?!

Halın isə acınacaq bir haldır.

Ədalət, Səadət, Mərhəmət və Vicdan birləşərək Şeytan, Fəlakət və Zülm üzərində qalib gəlirlər. İnsanlıq bundan sevinib İdealı bunu görməyə səsləsə də, anca İdeal onu tələsməməyə çağırır. İdeala görə, bütün zülmün kökündən həll etməyin yeganə yolu hər bir insanın özü özünü islah etməsi, yüksək mədəniyyətə sahib olmasııdır:

Var, ana, bu dərdə yalqız dərman,

İslah etsin özünü hər bir insan.

Uymasın öz içindki iblisə,

Bir yamanlıq eyləməsin heç kəsə.

İnsanlığın mənasını öyrənsin,

Sağlam əqlə, təmiz qəlbə güvənsin.

Sarılsın bu sevimli qüvvətlərə,

Zülmətlərdən uzaqlaşsın bir kərə.

Şaiq başqa bir əsərində də artıq insanları real həyatda mübarizəyə səsləyirdi. Başqa sözlə, xəyallar aləmindəki “həqiqət aləm”ini obyektiv aləmdə əldə etmək üçün mübarizə aparmağı məsləhət görürdü. O, yazırdı: “Zalimləri yaşadan məzlumlardır, zülmə boyun əymək, insanlığı alçaltmaqdır, zülmə qarşı zülmə ədalətdir”. Eyni zamanda, o, artıq bir məsələnin həllini sabaha ümid edərək saxlamağın deyil, həmin anda və zamanın şərtlərinə uyğun həll etməyin tərəfdarı idi. O, yazırdı: “Bugünkü məsələni bu gün həll etmək lazımdır. Zaman nə doğsa, ona görə iş görməlidir”. Artıq bu düşüncələr onu göstərir ki, Şaiqin insanlıq fəlsəfəsində bəşəriyyətin zalımla məzluma bölünmüş hissəsi arasında mübarizə gedir və bu mübarizədə həlledici rol məzlumların özü ilə bağlıdır. Başqa sözlə, xeyrin şərə qalib gəlməsi üçün, insan özündə güc tapmalı, daxili problemlərini – içgüdülərini həll edib, daha sonra da şərə qarşı mübarizəyə başlayıb onu məğlub etməlidir.

Biz­cə, Azərbaycan Türk mütəfəkkiri Əhməd bəy Ağa­oğ­lu­nun “Mən ki­mə­m?” etik-fəl­sə­fi əsə­ri insan, dünya və təkamül mövzusuna aid ən dəyərli kitablardan biridir. Həmin əsərində Ağa­oğ­lu ya­zır­dı ki, in­sa­nın söz alə­mi ilə iş alə­mi, tə­səv­vür­də­ki fəa­liy­yət­lə hə­qi­qi fəa­liy­yət ara­sın­da çox də­rin fərq­lər olur, on­lar nə­in­ki bir-bi­ri­nə bən­zə­yir, hət­ta bir-bi­ri­ni in­kar edir­lər. Kə­nar­dan ba­xan­lar isə be­lə adam­la­rı “də­yiş­kən”, “qey­ri-sa­bit” ad­lan­dı­rır­lar. Hal­bu­ki bu­ra­da gu­nah­kar in­san de­yil, bü­tün bun­lar onun İçi­lə Çö­lü ara­sın­da­kı tə­zad­dan irə­li gə­lir. Ağa­oğ­lu­nun fik­rin­cə, əs­lin­də bu­ru­da prob­lem in­sa­nın İçi ilə bağ­lı de­yil, çün­ki in­sa­nın İçi xe­yi­rə xid­mət edir. O, ya­zır­dı: “Doğ­ru­su­nu söy­lə­mək la­zım gəl­sə, mə­nim İçim çox yax­şı tə­bi­ət­li, xoş niy­yət­li, yax­şı­lıq se­vən, baş­qa­la­rı üçün xe­yir is­tə­yən, qəh­rə­man­lı­ğa aşiq, sə­da­qə­tə, doğ­ru­lu­ğa məf­tun bir var­lıq­dır; elə bu­na gö­rə­dir ki, mən da­nı­şıq və tə­səv­vür alə­min­də qəh­rə­man­­lıq­dan, doğ­ru­luq­dan, sə­da­qət­dən, və­tən­daş­la­ra yax­şı­lıq elə­mək­dən hə­ra­rət­lə, hə­yə­can­la söz açır, ya­zı­ram və si­zi inan­dır­ram ki, bun­la­rı edər­kən çox sə­mi­mi­yəm.

Onun fik­rin­cə, in­sa­nın İçi­lə Çö­lü ara­sın­da­kı bü­tün tə­zad­la­rın bir­cə qay­na­ğı var – Eqo­izm! O ya­zır: “Çö­lü­mün ən can­lı sə­ciy­yə­si özü­nü is­tə­mək­dir, öz nəf­si­ni və fay­da­sı­nı hər şey­dən üs­tün tut­maq­dır. Əsas bə­la bu­dur, di­gər tə­zad­lar bun­dan do­ğur”. Yox­sa, in­­san­­ın İçi çox yük­sək, nə­cib, əsil in­sa­ni duy­ğu­lar­la do­lu­dur; in­sa­niy­yət, haqq, Və­tən və və­tən­daş uğ­run­da mal və nəfs fə­da­kar­lı­ğı onun ən çox sev­di­yi şey­lər­dir. Bir söz­lə, in­san İçin­də qüv­vət­li bir alt­ru­izm, yə­ni baş­qa­la­rı­nın yax­şı­lı­ğı uğ­run­da özü­nü qur­ban­ver­mə eş­qi var­dır. An­caq in­sa­nın İçi nə qə­dər alt­ru­ist­dir­sə, Çö­lü də bir o qə­dər eqo­ist­dir.

İn­sa­nın İçi ilə Çö­lü ara­sın­da­kı bu tə­zad­la­rı araş­dı­ran Ağa­oğ­lu­ya gö­rə, eqo­izm və alt­ru­izm in­san­da son­ra­dan əmə­lə­gəl­mə xü­su­siy­yət­lər de­yil, bun­lar bio­lo­ji, yə­ni lap əzəl­dən var­lıq­la bə­ra­bər do­ğu­lan amil­lər imiş. Hət­ta bu xü­su­siy­yət­lər hey­van­lar­da da var. O, ya­zır­dı: “Xü­la­sə, can­lı kai­nat bu iki əsas üzə­rin­də bər­qə­rar ol­muş­dur. La­kin var­lıq­lar tə­ka­mül et­dik­cə alt­ru­izm xü­su­siy­yə­ti eqo­izm üzə­rin­də qə­lə­bə ça­lır. Hət­ta hey­van növ­lə­ri yük­səl­dik­cə, bu­nun mü­qa­bi­lin­də fə­da­kar­lıq və bə­ra­bər­lik ki­mi alt­ru­izm əla­mət­lə­ri də qüv­vət­lən­miş­dir. Ək­si­nə, alt­ru­izm xü­su­siy­yə­ti az olan hey­van növ­lə­ri isə də­yi­şil­mək­də­dir” . O qeyd edir ki, bu iki amil­lə bağ­lı ins­tinkt hə­rə­kət edən hey­van­lar­dan fərq­li ola­raq, şü­ur­lu in­san­lar təc­rü­bə­lə­rin­dən, mü­şa­hi­də­­lər­­in­­dən nə­ti­cə çı­xar­maq eti­ba­ri­lə öz­lə­rin­də alt­ru­iz­mi in­ki­şaf et­dir­­mə­­yə ça­lı­şır­lar. An­caq bə­zi mil­lət­lər, xü­su­si­lə Qərb cə­miy­yət­lə­ri alt­ru­izm ins­tink­ti­ni in­ki­şaf et­dir­dik­lə­ri hal­da, Şərq xalq­la­rı eqo­iz­mə yu­var­­lan­­mış­­dır. Be­lə ki, Şərq­də bir şəxs mil­yon­la­rın ara­sın­da ya­şa­dı­ğı hal­da heç kəs ona diq­qət ye­tir­mir, tək­ba­şı­na bu­ra­xı­lır.

Beləliklə, insan, dünya və təkamül məsələsində birmənalı nəticələrə gəlmək mümkün deyildir. Çünki sosial-tarixi proseslərdə bu məsələyə münasibət hər zaamn fərqli olmuşdur. Bizcə, insan və dünyanın təkamülündə harmoniyanəın gözlənilməsi mütləqdir. Yalnız bu harmoniya çərəçivəsində yüksək mədəniyyətə sahib olan insanlar və cəmiyyətlər formalaşdırmaq olar. Əgər dünya təkamül məsələsində irəli gedib sıçrayışlara üz tutursa o zaman insanlar v toplumlar təbii axarından çıxır. Eyni fikirləri insana da aid etmək olar ki, dünyanı təkamül məsələsində qabaqlamamalıdır. Ancaq son əsrlərdə biz insanın dünya ilə birlikdə təkamülünü müşhahidə etmirik. Artıq insan dünyanın təkamüllə inkişafını pozur və sıçrayışlar edir. Belə olduğu təqdirdə də, yüksək mədəniyyətə sahib insanlar və toplumlar formalaşa bilmir. Ona görə də yeganə çıxış yolu insanın dünya ilə təkamül içində olması vacibdir.

Eyni zamanda, bir çox hallarda “mədəniyyət” anlayışı altında əslində əxlaqi dəyərlərdən uzaqlaşmaq da çox təhlükəlidir. Xüsusilə də, mövcud olan milli və dini adət ənənələrin “müasir bəşəri mədəniyyət” adı altında dəyərsizləşdirilməsi doğru deyildir. Hər bir toplumun özünəməxsus dəyərləri qorunub saxlanmalı, sadəcə burada uzlaşdırma yolları tapılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
turkustan.az

10Mənbələr