AZ

Elm adamlarından HƏYƏCAN TƏBİLİ: Dünyanın ən böyük şirin su mənbəyi təhlükə altındadır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqlim böhranı planeti qara bulud kimi bürüyüb. Dünya artıq inanılmaz istilik dalğaları, quraqlıq və meşə yanğınları ilə üz-üzədir. Atlantik qasırğaları pik həddinə çatıb. Ancaq bu, sadəcə başlanğıcdır.
Elm adamları Yerdəki ən böyük şirin su mənbəyinin təhlükə altında olduğundan şübhələnirlər.
Yeni bir araşdırma göstərir ki, 2100-cü ilə qədər 75 milyondan çox insan yeraltı suların içilmək üçün çox isti olduğu bölgələrdə yaşayacaq. Alimlər proqnozlaşdırırlar ki, əsrin sonuna qədər qrunt sularının temperaturu 3,5 dərəcə artaraq içməli su üçün müəyyən edilmiş ən yüksək həddən yuxarı qalxacaq.
Qeyd edək ki, qrunt suları Yer kürəsində ən böyük donmamış içməli su mənbəyidir və buna görə də planetdəki həyat üçün çox vacibdir.
İsti qrunt suları təhlükəlidir, çünki temperatur bir sıra biogeokimyəvi proseslərə, bu da öz növbəsində suyun keyfiyyətinə təsir göstərir. Məsələn, bəzi hallarda yeraltı suların istiləşməsi manqan və ya arsen kimi zərərli maddələrin artmasına səbəb ola bilər. Bu yüksək konsentrasiyalar, xüsusən də yeraltı sulardan içməli su kimi istifadə edildikdə, insan sağlamlığına mənfi təsir göstərə bilər.
Mənbə: IFLScience
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
oxu.az

10Mənbələr