AZ

Netanyahu HƏMAS ilə mümkün atəşkəs üçün bu tələbləri qoydu

İsrail və HƏMAS arasında Qəzzada sülh razılaşmasının gündəmə gətirildiyi vaxtda İsrailin baş naziri Binyamin Netanyahu tələbləri ağırlaşdırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Netanyahu HƏMASA yeni tələblər irəli sürüb.

Bunlardan ən diqqət çəkəni Qəzzanın Misirlə sərhədi və orada açılan Rəfah Sərhəd Qapısı ilə bağlı olub.

Netanyahu Qəzzanın Misir sərhədində İsrail işğalının davam etməsini və Rəfah Sərhəd Qapısının qalan hissəsinin İsrail qüvvələrinin nəzarətində olmasını istəyib.
 
İsrailin baş naziri atəşkəs olsa belə, HƏMAS üzvlərinin Qəzzanın şimalına qayıtmasının əleyhinə olduğunu da qeyd edib.

Bundan əlavə, Netanyahu iddia edib ki, Qəzzada əldə ediləcək atəşkəs və məhbus mübadiləsi müharibənin məqsədlərinə çatana qədər İsrailin Qəzzaya yenidən hücum etmək hüququnu təmin etməlidir.

Mikayıl
Seçilən
147
50
azxeber.com

10Mənbələr