AZ

"Biz tam qələbəyədək mübarizə aparacağıq" - Netanyahu

"HƏMAS rəhbərliyinin aradan götürülməsi müharibənin digər məqsədlərinə nail olmağımıza imkan verəcək..."
 
İsrailin baş naziri Binyamin Netanyahu bu gün jurnalistlər qarşısında çıxışında kəşfiyyatın məlumatına görə, HƏMAS-ın əsas hərbi rəhbəri Məhəmməd Def və onun müavini Rafa Salamenin olduğu binaya endirilən zərbədən danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "tass.ru" nəşri məlumat yayıb.
 
"Hələlik, bu iki şəxsin öldüyünə tam əminlik yoxdur. Amma sizə söz verirəm ki, biz nəyin bahasına olursa-olsun, HƏMAS-ın bütün başçılarına gedib çıxacağıq", - baş nazir vəd edib.
 
"Məhəmməd Dref ən böyük qatildir, o, HƏMAS qoşunlarının komandanıdır, komanda zəncirində ikinci yerdədir. Def oktyabrın 7-də hücum planının müəllifi və icraçısıdır. O, çoxsaylı digər terror aktlarının müəllifidir. Onun əlləri bir çox israillinin qanına bulaşıb", - Netanyahu vurğulayıb.
 
Baş nazir deyib ki, şənbə gününə keçən gecə ordu rəhbərliyi onu bu əməliyyat planı ilə tanış edəndə o, hər şeydən öncə üç nəsnədən narahat olub. Birincisi, Defin yanında girovların olmamasıdır. İkinci, "yanaşı" zərərin həcmidir. Üçüncüsü, hansı döyüş sursatından istifadə edilməsidir.
 
"Bütün bunlarla bağlı qaneedici cavab aldıqdan sonra mən əməliyyatın aparılmasına razılıq verdim və hərbçilərə uğurlar arzuladım. Bu uğur Yaxın Şərqi və bütün dünyanı bu qanlı qatillərdən təmizləyəcək", - Netanyahu qeyd edib.
 
İsrail lideri izah edib ki, "bu dünyanı daha da saflaşdıran" belə aksiyalar ilk növbədə ona görə mümkün olub ki, hökumət İsraili hərbi əməliyyatları dayandırmağa və bəyan edilən məqsədlərdən geri çəkilməyə məcbur etməyə yönələn nəhəng təzyiqlərə tab gətirib. 
 
Baş nazirin iddiasına görə, HƏMAS rəhbərliyinin aradan götürülməsi eyni zamanda bir neçə məsələni həll edəcək. 
 
"Terrorçuların məhv edilməsi özlüyündə bir vəzifədir, lakin bu həm girovların azad edilməsi işinə, həm gələcəkdə İsrail üçün təhlükənin aradan qalxmasına, həm də digər cəbhələrdə, o cümlədən həm İranın satellitləri, həm də İranın özü də daxil olmaqla HƏMAS-ın müttəfiqlərinə təsir edir".
 
"Oktyabrın 7-i yeni gerçəklik yaradıb. İran bizi raket qarmağı ilə boğmaq istəyir, bu, həm Tehranın özüdür, bu, "Hizbullah", HƏMAS, husilər, Suriya yaraqlıları, İraqdakı yaraqlılardır. HƏMAS üzərində qələbə bütün İran oxu üzərində qələbənin birinci və mütləq şərtidir. Ona görə də biz qələbədən imtina edə bilmərik.
 
Çoxlarınız bu müharibənin nə zaman bitəcəyi barədə sual edirsiniz. Mənim cavabım birmənalıdır- bu müharibə HƏMAS-ın inzibati və hərbi resursları məhv ediləndən sonra bitəcək. Bütün girovlar qaytarılanda bitəcək. Bu müharibə Qəzza bölgəsi daha heç vaxt İsrail üçün təhlükə törətməyəndə, cənub və şimal sakinləri evlərinə dönəndə və təhlükəsiz şəraitdə yaşayanda bitəcək", - Netanyahu deyib.
 
Onun sözlərinə görə, məhz bu, "tam qələbədir və bu qələbə düşmənlərin sırasına İsrail qarşısında qorxunu geri döndərəcək və onlara anladacaq ki, ölkəmizə hər-hansı hücum ediləcəyi təqdirdə buna görə böyük bədəl ödəniləcək".
 
Baş bazir qeyd edib ki, son həftələr HƏMAS-ın, sadəcə, hərbi cəhətdən deyil, həm də özünün əyilməzliyi və "sonuncu ərəbədək döyüşməyə" hazır olması baxımından sınması əlamətləri üzə çıxmaqdadır. 
 
"Müxtəlif anonim mənbələrin çoxsaylı bəyanatlarına rəğmən, sizə bəzi şeyləri çatdırmaq istəyirəm. Mən ABŞ prezidenti Baydenin də razılaşdığı sxemdən bircə millimetr də geri çəkilməmişəm. Mən bu sxemə şərtlər əlavə etmirəm və şərtləri oradan çıxarmıram. Lakin mən HƏMAS-a da oraya 29 düzəliş etməyə imkan verməyəcəyəm. Mən bizim danışıqlar aparan qrupumuza və amerikalılara demişəm ki, bircə düzəliş də olmayacaq.
 
Baydenin təsdiq etdiyi bu sxemdə mən dörd baza prinsipinə nail olmuşam. 
 
Birincisi, bu müharibənin bütün məqsədlərinə nail olunanadək davam etdirilməsi bizim haqqımızdır. İkincisi, Misir sərhəddindən Qəzzaya yeni silah tədarükünün qarşısının alınması, yəni "Filadelfiya dəhlizində" və "Rafah" nəzarət-buraxılış məntəqəsində bizim nəzarətimizin davam etdirilməsidir.
 
Üçüncüsü, biz Qəzza bölgəsinin şimal hissəsinə silahlı yaraqlıların qaytarılmasına və silah ötürülməsinə imkan verməyəcəyik. Dördüncüsü, sövdələşmənin artıq birinci mərhələsində imkan daxilində daha çox sayda girovların azad edilməsidir", - baş nazir deyib.
Seçilən
167
50
moderator.az

10Mənbələr