AZ

Netanyahu müharibənin nə zaman bitəcəyini açıqlayıb

İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatı Fələstinin radikal HƏMAS hərəkatının bütün silahlı birləşmələri tamamilə məhv edilməyincə başa çatmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Bir çoxunuz bu müharibənin nə vaxt bitəcəyini soruşursunuz. Cavabım aydın və birmənalıdır – bu, yalnız bütün məqsədlərimizə çatanda bitəcək, bir an əvvəl deyil. Qələbə boş söz deyil”, – deyə o bildirib.

Netanyahu vurğulayıb ki, İsrail Həmas-ın həm hərbi, həm də liderlik imkanlarını məhv edəndə və bütün israilli girovları evlərinə qaytardıqda “qələbə əldə ediləcək”.

Baş nazir onu da bildirib ki, anklava zərbə endirməkdə məqsəd HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyifi məhv etmək cəhdidir. Netanyahu əd-Deyif-in ləğvi ilə bağlı təsdiqin olmadığını etiraf edib.

İsrail hökumətinin başçısı əlavə edib ki, əməliyyat istənilən halda anklavda hərbi kampaniyada dönüş nöqtəsidir. Bu, həm də İran və onun regiondakı “bütün peykləri” üçün siqnal rolunu oynayır.

Seçilən
117
50
nocomment.az

10Mənbələr