AZ

HƏMAS: Netanyahu atəşkəs üçün yeni şərtlər irəli sürüb

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında atəşkəs üçün yeni şərtlər irəli sür

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığında deyib.

Onun sözlərinə görə, HƏMAS və müqavimət qruplarının atəşkəs danışıqları ilə bağlı konstruktiv mövqeyinə baxmayaraq, İsrailin Xan Yunis və Əl-Şati bölgəsinə son zərbələri baş verib: “Lakin Netanyahu son açıqlamaları zamanı tərəflərin vasitəçiliyi ilə ötürülən təkliflərində yer almayan yeni şərtlər irəli sürüb”. Haniyə Netanyahunun Qəzza zolağında hərbi əməliyyatları gücləndirmək istədiyinə və razılığa gəlmək niyyətində olmadığına inandığını deyib.

İran prezidenti öz növbəsində İsrail ordusunun anklavın cənubundakı Xan Yunis ərazisində Əl-Məvasi humanitar zonasına endirdiyi hərbi zərbələri kəskin şəkildə pisləyib.

İyulun 13-də İsrail qüvvələri müvəqqəti köçkünlər üçün çadırların olduğu Əl-Məvasi bölgəsinə hücum edib. Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 90 fələstinli ölüb, 300-ə yaxın insan yaralanıb. “Əl Hadath” telekanalının məlumatına görə, zərbənin əsas məqsədi HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfin məhv edilməsi olub.

İsrail ordusunun mətbuat xidməti bildirir ki, zərbə nəticəsində HƏMAS-ın Xan Yunis şəhərindəki hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyfin ən yaxın silahdaşlarından biri olan Rəfiya Sələmə öldürülüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
207
50
ikisahil.az

10Mənbələr