AZ

Orban Aİ liderlərinə Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif göndərdi


Macarıstanın Baş naziri Viktor Orban iyulun 2-dən iyulun 11-dək Rusiya, ABŞ və Ukraynaya səfər etdiyi sülhməramlı missiyasının nəticələrinə əsasən Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinə təkliflər göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun siyasi müşaviri Balaj Orban “Magyar Nemzet” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Macarıstanın fəaliyyət planı bütün Avropa hökumət başçılarının masasındadır.
“Baş nazir danışıqların birinci mərhələsinin nəticələri, sülh missiyası və Macarıstanın təklifləri barədə Avropa Şurasının liderlərini yazılı şəkildə məlumatlandırıb ki, əgər Avropa sülh istəyirsə və hərbi münaqişənin həllində və qan tökülməsinə son qoyulmasında həlledici söz sahibi olmaq istəyirsə, o zaman o, indi öz siyasi kursunda dəyişiklik hazırlayıb həyata keçirməlidir”, - deyə hökumət başçısının müşaviri qeyd edib.
O həmçinin qeyd edib ki, bu plana vəziyyətin real qiymətləndirilməsi, real hədəflər və fəaliyyət üçün uyğun vaxt cədvəli daxildir.
“Bizim yanaşmamız buna əsaslanır”, - deyə Macarıstan hökuməti başçısının müşaviri vurğulayıb.
Digər tərəfdən, Balaj Orban Macarıstanın baş nazirinin Ukrayna münaqişəsinin həlli üçün öz sülhməramlı missiyasını davam etdirəcəyini və buna görə də, yeni xarici səfərlər və danışıqlar planlaşdıracağını bildirib.
“Bizim hələ qarşıda səfərlərimiz və danışıqlarımız var. Biz çox gərgin dövrün ortasındayıq. Avropa İttifaqı indi hərəkətə keçməsə, daha sonra hərəkətə keçə bilməyəcək”, - baş nazirin müşaviri deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
14
yeniavaz.com

8Mənbələr