AZ

Orban Rusiya - Ukrayna münaqişəsinin həllinə dair Aİ liderlərinə təkliflər göndərib

Macarıstanın baş naziri Viktor Orban iyulun 2-dən iyulun 11-dək Rusiya, ABŞ və Ukraynaya səfər etdiyi sülhməramlı missiyasının nəticələrinə görə Rusiya - Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı Avropa İttifaqı ölkələrinin liderlərinə təkliflər göndərib.Missiya.Az xəbər verir ki, bunu Macarıstanın baş nazirinin siyasi direktoru və adaşı Balaz Orban deyib,Bildirilib ki, Macarıstanın fəaliyyət planı bütün Avropa hökumət başçılarının masasındadır."Baş nazir danışıqların birinci mərhələsinin nəticələri, sülh missiyası və Macarıstanın təklifləri barədə Avropa Şurasının liderlərini yazılı şəkildə məlumatlandırıb, əgər Avropa sülh, hərbi münaqişənin həllində, qan tökülməsinə son qoyulmasında həlledici söz sahibi olmaq istəyirsə , o zaman hazırkı siyasi kursunda dəyişikliklə etməlidir”, - Balaz Orban qeyd edib.Macarıstan baş nazirinin sözçüsü əlavə edib ki, Çin və Türkiyə sülhə sadiqdirlər, ona görə də onlar potensial vasitəçi ola bilərlər.Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
14
missiya.az

8Mənbələr