AZ

Viktor Orbanın sülh təkliflərini açıqlayıb

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna, Rusiya Federasiyası və Çinə səfərlərindən sonra Avropa İttifaqı liderlərinə özünün sülhməramlı missiyasının nəticələri və Budapeştin sülh təklifləri barədə məlumat verib.

“Cebhe.info”-nun məlumatına görə, Macarıstanın Baş nazirinin siyasi direktoru Balaj Orban belə deyib. Balaj Orban Macarıstanın hökumətyönlü “Magyar Nemzet” qəzetinə müsahibəsində qeyd edib ki, Baş nazir Orbanın planı indi hər bir Avropa İttifaqı liderinin masasındadır. Balaj Orbanın sözlərinə görə, Macarıstanın Baş nazirinin Kiyev və Moskvaya səfərlərindən məhz Ukrayna və Rusiyanın döyüşməkdə çox qərarlı olduqları məlum olub. “Xarici vasitəçilərin müdaxiləsi olmadan, təəssüf ki, yaxın aylarda çox ciddi dağıntılar görəcəyik”, - deyə siyasi direktor bildirib.

Orban Macarıstanın potensial vasitəçilər kimi Çin, Türkiyə və Donald Trampla danışıqlara başladığını dilə gətirib. “Ancaq avropalılar və indiki ABŞ administrasiyası müharibənin davam etdirilməsinin tərəfdarıdır. Baş nazir Macarıstanın apardığı danışıqlar, sülhməramlı missiyanın birinci mərhələsinin yekunları və təkliflərini yazaraq Avropa İttifaqı liderlərinə göndərib. Əgər Avropa sülh istəyirsə, müharibənin həllində və qan tökülməsinə son qoyulmasında həlledici söz sahibi olmaq istəyirsə, indi istiqamət dəyişikliyini inkişaf etdirməli, eləcə də həyata keçirməlidir”, - deyə Balaj Orban əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
14
cebheinfo.az

8Mənbələr