AZ

Orbanın sülh təklifləri Aİ liderlərinin masasındadır

Macarıstanın baş naziri Viktor Orban Ukrayna, Rusiya Federasiyası və Çinə səfərindən sonra Aİ liderlərinə özünün sülhməramlı missiyasının nəticələri və Budapeştin sülh təklifləri barədə məlumat verib.

Yenisabah.az "Magyar Nemzet"ə istinadla xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin siyasi direktoru Balaj Orban bildirib.

O qeyd etdi ki, Orbanın planı indi hər bir Aİ liderinin masasındadır.

Balaj Orban bildirib ki, Macarıstanın baş nazirinin Kiyev və Moskvaya səfərlərindən Ukrayna və Rusiyanın döyüşməkdə çox əzmkar olduqları aydın olub:

"Xarici vasitəçilərin müdaxiləsi olmadan, təəssüf ki, yaxın aylarda çox ciddi dağıntılar görəcəyik".

Macarıstan potensial vasitəçilər: Çin, Türkiyə və Donald Trampla danışıqlara başlayıb.

“Ancaq avropalılar və indiki ABŞ administrasiyası müharibənin davam etdirilməsinin tərəfdarıdır. Baş nazir Aİ liderlərinə danışıqlar, sülhməramlı missiyanın birinci mərhələsinin nəticələri və Macarıstanın təklifləri barədə məktublar yazıb. Əgər Avropa sülh istəyirsə və müharibənin həllində və qan tökülməsinə son qoyulmasında həlledici söz sahibi olmaq istəyirsə, indi istiqamət dəyişikliyini inkişaf etdirməli və həyata keçirməlidir”.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
14
yenisabah.az

8Mənbələr