AZ

"Demokratlar Partiyasının bütün liderləri Kəmalə Harrisə dəstək verib" - CNN

"Baydenin öz namizədliyini geri götürməsi fədakarlıq və vətənpərvərlik davranışıdır..."
 
"Trampın ikinci müddətə seçilməsinin törədəcəyi təhlükəyə görə hələ bu qədər narahat olmamışıq..."
 
Kəmalə Harris ABŞ prezidentliyinə öz namizədliyini irəli sürəcək
 
Amerika lideri Co Bayden seçkilərdən kənara çəkildikdən sonra ABŞ-ın vitse-prezidenti Kəmalə Harris öz namizədliyinə dəstək üçün demokratlara  zəng vurmağa başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
 
Məlumatda deyilir ki, Harrisin prezidentliyə yeni namizəd kimi irəli sürülməsini telefon rejimində Demokratlar Partiyasının bütün 50 rəhbəri dəstəkləyib.
 
Bazar günü ərzində məmur qadın qanunvericilərə təxminən 200 zəng etməyi planlaşdırıb. Qeyd edilir ki, belə dəstək siqnalı onu göstərir ki, demokratların liderləri Harris ətrafında sıx birləşməyə cəhd edir.
 
Nəşr əlavə edir ki, prezident Baydenin dəstəyinə rəğmən, Harrisin rəsmən namizəd olacağı və partiyanın alternati seçim üçün hansı prosesdən istifadə edəcəyi hələlik aydın deyil.
 
Bu arada isə Klintonlar, Obama və Pelosi bəyanatlara çıxış edib.
 
Klintonlar əmindir ki, indi demokratlar Harrisə dəstək verməlidir. Onlar birgə bəyanatında Co Baydenə demokratiyanın möhkəmləndirilməsi və ABŞ-ın dünyada mövqeyinin bərpasına görə minnətdarlıq edib.
 
"İndi Kəmalə Harrisə dəstək verməyin və onun seçilməsi uğrunda var gücümüzlə mübarizə aparmağın zamanıdır. Amerikanın gələcəyi bundan asılıdır. Biz çox enişlər və yoxuşlar yaşamışıq, lakin Trampın ikinci müddətə seçilməsinin törədəcəyi təhlükəyə görə hələ bu qədər narahat olmamışıq", - Klintonlar bəyan edib.
 
Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Baydeni tərifləyib, lakin rəsmi bəyanatında Harrisə dəstək verməyib.
 
Amerikanın sabiq prezidenti Barak Obama deyib ki, Bayden ABŞ-ın ən görkəmli prezidentlərindən, onun yaxın dostu və tərəfdaşı olub.
 
O, Baydenin nailiyyətlərini, o cümlədən Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə mübarizəyə "bütün dünyanı səfərbər etdiyini" qeyd edib.
 
ABŞ-da seçkilər
 
Xəbər verildiyi kimi, Co Bayden prezident yarışmasını tərk edib və deyib ki, diqqətini yalnız öz vəzifələrinin icrasına yönəltmək istəyir. 
 
Sonradan o, demokratlara Donald Trampa qalib gəlmək üçün Kəmalə Harrisin ətrafında birləşməyə çağırış edib.
 
Sonradan Harris elan edib ki, prezidentliyə öz namizədliyini irəli sürəcək. O, Co Baydenin öz namizədliyini geri götürmək qərarını fədakarlıq və vətənpərvərlik davranışı adlandırıb.
 
Bu arada isə Tramp əmindir ki, vitse-prezidentə qalib gələcək. Nümayəndələr Palatasının spikeri Mayk Conson Bayden və Harrisi sərt tənqid edərək prezidenti öz postunu təcili olaraq tərk etməyə çağırış edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
24
moderator.az

10Mənbələr