AZ

Baydeni əvəz edəcək namizədin adı bu tarixdə məlum olacaq

ABŞ Demokrat Partiyasının Milli Komitəsi (DNC) elan edib ki, avqustun 7-dək prezidentliyə namizədini irəli sürməyi planlaşdırır.

Azpost.info bildirir ki, bu barədə “The Hill” nəşri  xəbər verir.

Komitə elektron səsvermə sistemindən istifadə etməyi nəzərdə tutur. Bununla qurultay nümayəndələri DNC-yə namizədliyini irəli sürmək barədə bəyanat verən, partiyanın və prezident seçilmək üçün qanuni tələblərə cavab verən və ən azı 300 nümayəndənin dəstəyini alan namizədlərə səs verə biləccəklər.

Açıqlamada deyilir ki, prezidentliyə namizəd olmaq istəyənlər üçün DNC 300 səs baryerini aşmaqda kömək etmək üçün nümayəndələrin siyahısını təqdim edəcək.

Qəzet qeyd edir ki, planda prezidentliyə namizəd kimi seçilməsi prezident Co Bayden tərəfindən tövsiyə edilən və seçki kampaniyasından çəkildiyini elan edən vitse-prezident Kamala Harrisin adı çəkilmir.

The Hill yazır ki, indiyədək heç bir demokrat namizədliyini irəli sürəcəklərini söyləməyib. Bazar ertəsi günortadan sonra 770 nümayəndə Harrisin namizədliyini dəstəkləyib.

Demokratlar əvvəlcə partiya qurultayında təsdiq olunmaq üçün Baydeni prezidentliyə namizəd kimi irəli sürməyi planlaşdırırdı.

Konvensiyanın açılışı avqustun 19-da Çikaqoda planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
azpost.info

10Mənbələr