ABŞ - ın 46-cı və mövcud prezidenti Co Baydenin prezident seçkiləri namizədliyinin çəkilməsi üzərinə onun vitse-prezidenti (VP) Kamala Harris ən ideal əvəzedici olaraq ön plana çıxarıldı. Lakin onun VP olduğu dövr ərzində güclü siyasi reputasiyaya sahib ola bilməməsi və immiqrasiya problemində göstərdiyi səriştəsizliyə görə Demokratlar arasında xanım Harrisə qarşı dəstəyin az olacağı proqnozlaşdırılır.
Bəs bu şayiələr deyildiyi kimi doğruluğu əks etdirirmi?
Ednews xəbər verir ki, bunula əlaqədar ABŞ - ın nüfuzlu nəşri "Associated Press" sorğu keçirib:
Sorğuya əsasən Kamala Harrisin Donald Trampa qarşı partiyasının yekdil namizədi olmaq üçün kifayət qədər nümayəndənin dəstəyini qazanıb. Lakin sorğu qeyri-rəsmi hesablamadır, çünki partiya öz yeni namizədini seçən zaman nümayəndələr istənilən namizədə səs verə bilərlər. Mövcud partiya qaydalarına görə, nümayəndinin öz namizədliyini qazanmaq üçün həmin səsvermənin ilk bülletenində 1976 nümayəndənin dəstəyi lazımdır. Kamala isə bunun 2668 - ni qazanıb.
Bundan savayı Partiyanın ştatlardakı dairə sədrləri də Kamalaya olan dəstəklərini səsləndiriblər. Görünür artıq yerdə qalan yeganə şey...Kamalanın emosional tərəflərinin və tərəfdaşlarının kampaniyada ortaya çıxmasıdır. Bəlkə o, zaman Demokratların ikinci şansı "gün üz"ü görə bilər.
Əkbər Novruz