AZ

Baydenin gedişindən sonra demokratlar 50 milyon dollardan çox ianə alıblar

Baydenin gedişindən sonra demokratlar 50 milyon dollardan çox ianə alıblar

Co Baydenin seçkiqabağı yarışdan çıxması anından bəri ABŞ-nin Demokrat Partiyası 55 milyon dollardan çox pul toplamağa nail olub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, bu, 2024-cü il üçün rekord məbləğdir.

“Aydındır ki, Baydenin seçkilərdə iştirak etməkdən imtina etmək qərarı son həftələrdə kənarda qalan böyük həcmdə maliyyə dəstəyini sərbəstləşdirir”, - deyə “Bloomberg” maliyyə və iqtisadi məlumat agentliyi bildirib.

Vəsaitlərin toplanması kiçik donorlar üçün “ActBlue” platformasında aparılıb. Seçkiqabağı kampaniyanın startından ilk beş saat sonra 27,5 milyon dollar yığılıb, daha sonra ianə məbləği 46,7 milyon dollara qədər artıb, 24 saatdan az müddətdə isə amerikalılar rekord miqdarda - 55 milyon dollar vəsait yığıblar.

Nəşrlərdə qeyd olunur ki, pullar əsasən Kamala Harrisin təbliğat kampaniyasına ayrılacaq. Lakin vəsaitin bir hissəsi seçkilərdə iştirak etmək üçün digər demokratların kampaniyalarına yönəldiləcək.

Co Bayden ABŞ prezidenti seçkilərinə namizədliyini geri götürüb. O əlavə edib ki, bu ilin sonuna qədər prezident səlahiyyətlərinin yerinə yetirilməsinə diqqət yetirəcək. Bayden öz yerinə “tam dəstəyini” ifadə etdiyi hazırkı vitse-prezident Kamala Harrisi təklif edib.

Kamala Harris bildirib ki, ali vəzifəyə namizədliyini irəli sürəməyi planlaşdırır. “Mənim üçün prezidentin təsdiqini almaq böyük şərəfdir və mən qalib gəlmək niyyətindəyəm”, – deyə o, vurğulayıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
24
ilk.az

10Mənbələr