AZ

“Sabah” - “Makkabi” oyununa nə qədər bilet satılıb? 

“Sabah” - “Makkabi” oyununa bilet satışları davam edir. 

Yenisabah.az xəbər verir ki, artıq oyuna 4500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür. 

Qeyd edək ki, avqustun 1-də “Bank Respublika Arena”da keçiriləcək "Sabah" - "Makkabi" matçı saat 20:00-da başlayacaq. "Sabah” ilk oyunda İsrail klubunu 3:0 hesabıyla məğlub edib. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
12
yenisabah.az

10Mənbələr