AZ

“Sabah”ın oyununda anşlaq olacaq

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə cavab oyununa bilet satışı davam edir. Matc.az xəbər verir ki, artıq 7500 bilet satılıb. Ümumilikdə 8000 biletin satışa çıxarılıb. Bu isə o deməkdi ki, cəmi 500 bilet qalıb. Biletləri “iticket.az” saytından, eləcə də “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək olar. Qeyd edək ki, bu gün keçiriləcək “Sabah” - “Makkabi” oyunu saat 20:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
5
matc.az

10Mənbələr