AZ

“Sabah” - “Makkabi” oyununa satılan bilet sayı açıqlandı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Sabah” - “Makkabi” cavab oyununa bilet satışları davam edir. 

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  artıq 6 min 500 bilet satılıb (satışa 8 min ədəd bilet çıxarılıb). 

Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, sabah “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.  "Sabah” ilk oyunda İsrail klubunu 3:0 hesabı ilə məğlub edib.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
5
525.az

10Mənbələr