AZ

Rusiyanın üzləşdiyi ağır vəziyyət Çini hərəkətə keçirdi – Pekin Moskvanı “işğal” edir

Rusiya-Ukrayna müharibəsi fonunda Kiyevin Kursk istiqamətində irəliləməsi Moskvanın narahatlığına səbəb olub. Belə ki, müəyyən qüvvələrini həmin ərazilərə cəmləsə də Ukraynanın irəliləyişini dayandıra bilmir. Digər tərəfdən əsas müttəfiqi olan Çinin Rusiyaya bu çətin dönəmdə yardım edib-etməyəcəyi də sual doğurur.

Kurskda üzləşdiyi hücumun dəf edilməsi məqsədi ilə Pekin Moskvaya hansı silahları verə bilər? Bu, qeyri-leqal yolla mümkündürmü? Yoxsa ABŞ-ın sanksiyalarından qorxub, Putini köməksiz qoyub?

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, Çin Xalq Respublikası Ukrayna müharibəsi ilə bağlı neytral mövqe tutur:

“Bu günə qədər Çinin Rusiyaya silah satdığına və ya verdiyinə dair hər hansı fakt yoxdur. Çin Rusiyaya silah ixrac etmir. Bunun səbəbi həm ABŞ sanksiyaları ilə bağlıdır, həm də Pekin konfliktin həllində vasitəçi qismində rol oynamaq istəyir. Çin nümayəndələri bir neçə dəfə Kiyev və Moskvaya səfər edib, tərəflərin mövqeyini öyrəniblər. Buna uyğun olaraq öz mövqelərini formalaşdırıblar. Ona görə də tərəflərdən birinə dəstək vermir. Hətta Ukraynanın Kurskda əməliyyatlara başlamasından sonra belə, Çinin mövqeyində dəyişiklik müşahidə edilmədi”.

Şahin Cəfərli

Politoloqun sözlərinə görə, Çin Rusiyanın düşdüyü çətin vəziyyətdən istifadə edərək ondan daha ucuz qiymətə xammal almaqda maraqlıdır:

“Rusiya faktiki olaraq Avropa enerji bazarından sıxışdırılıb çıxarılıb. İndi Kreml öz təbii qazını və neftini Asiya bazarına yönəltməyə məcburdur. Burada əsas bazar qismində Çin və Hindistan çıxış edir. Onlar da mövcud vəziyyətdən öz maraqları naminə istifadə edirlər. Çin Rusiyanı silahlandırmasa da, hərbi bazada istifadə olunan komponentləri ona satır. Onun verdiyi mikrosxemlər həm hərbi, həm də mülki sənayedə çox geniş istifadə olunur. Bu da onunla əlaqədardır ki, Çin Rusiyanın məğlub olmasını istəmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
39
hurriyyet.az

10Mənbələr