AZ

Stoltenberq: "Rusiyanın istifadə etdiyi bir çox silahların istehsalını Çin həyata keçirir"

"Çin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Moskvaya olan dəstəyini dayandırmalıdır. Pekinin yardımı bu hərbi əməliyyatların davam etdirilməsində əsas amil oldu".

"Reuters" agentliyinə istinadən xəbər verilir ki, bu sözləri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq əlavə edib ki, Rusiyanın istifadə etdiyi bir çox silahların istehsalını Çin həyata keçirir.

Y.Stoltenberq xəbərdarlıq edib ki, Pekinin Ukraynaya qarşı müharibəni davam etdirməsi onun maraqlarına və nüfuzuna mənfi təsir göstərə bilər.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
39
oxu.az

10Mənbələr